Ocaq (film, 1987)
Ocaq | |
---|---|
Janr | sənədli film |
Rejissor | Azər Zamanlı |
Ssenari müəllifi | Azər Zamanlı |
Operator | S.Bədəlov |
Rəssam | Azər Zamanlı |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1987 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 34 d. 21 s. |
Ölkələr | SSRİ |
İl | 1987 |
Texniki məlumatlar |
4 hissə 960 metr 35 mm |
Məzmun
Filmdə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı, "Gülüstan" Folklor Teatrının kollektivi iştirak edir.
Ocaq hər bir evin işığı və istiliyi deməkdir – unudulmaz uşaqlıq dövrünün dünyasıdır, bayram sevincidir. Bu həm də əsrlərin dərinliyinə gedib çıxan xalq mədəniyyət ənənələrinin qoruyucusu və məşəlidir.
Filmdə müxtəlif qədim xalq oyunları – maral oyunu, zopu-zopu, duvaqqapma oyunları öz əksini tapmışdır. Yallı ehtiraslı, coşğun rəqsdir. Xalq bayramlarına adətən bu rəqslə yekun vurulur, filmə də o cümlədən. Bu rəqsdə hamı – qocalar da, cavanlar da iştirak edirlər.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Azər Zamanlı
- Ssenari müəllifi: Azər Zamanlı
- Operator: S.Bədəlov
- Rəssam: Azər Zamanlı
- Səs rejissoru: Tofiq Babayev
- Musiqi tərtibatı: Ə.Ələkbərov
- Rəqs quruluşçusu: A.Hüseynov
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.