Obuda Universiteti
Obuda Universiteti (ing. Óbuda University, mac. Óbudai Egyetem) — Macarıstanın paytaxtı Budapeştdə Obuda adlanan hissədə yerləşir və ölkənin texnologiya və mühəndislik üzrə ixtisaslaşmış universitetlərindən biridir.2000-ci ildə üç politexik institutun (Banki Donat Texniki Kolleci, Kando Kalman Texniki Kolleci İşıq Sənayesi Texniki Kolleci) birləşməsi nəticəsində Budapeşt Tek olaraq əsası qoyulub. 13 minə yaxın tələbəsi olan unversitet ölkənin ən böyük universitetlərindəndir. Bütün tələbləri yerinə yetirərək institut 1 yanvar 2010-cu il tarixində Obuda Universiteti adı ilə universitet statusu əldə edib.[2]
Obuda Universiteti ÓE[1], ÓU | |
---|---|
Óbudai Egyetem | |
47°32′01″ şm. e. 19°02′05″ ş. u. | |
Əsası qoyulub | 1879 |
Tip | Dövlət |
Tələbə sayı | 13 minə yaxın |
Şəhər | Budapeşt |
Ölkə | |
Sayt | uni-obuda.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Obuda bölgəsinin təhsil tarixiçəsi altı əsr bundan əvvələdək gedir. Hələ 6 oktyabr 1395-ci ildə Roma Papası IX-cu Bonifasiy Macar kralı Siqismund Lüksemburqun istəyi ilə Obuda bölgəsidə tədris ocağının əsasını qoyacaq sənədi imzalayır. Bununla da bu universitet ölkənin ikinci və paytaxtın birinci universiteti olur. Kralın istəyi ilə 1 avqust 1410-cu ildə Roma Papası Obuda Universitetinin yenidən ərsəyə gəlməsinə dair sənəd imzalayır. İndiki universitet özünü bu universitetik intelektual varisi hesab edir. Universitetdə dörd fən üzrə təhsil verilməyə başlayır – teologiya, qanun və mülki hüquq, tibb və liberal incəsənət. Bununla da universitet Parisdə, Bolonyada, Oksfordda, Kölndə olan universiterlər kimi eyni imtiyazlara malik olur.[3] 1879-cu ildə tədris ocağı Kral Macarıstan Dövlət Yüksək Peşə Məktəbi kimi fəaliyyət göstərir (Banki Donat Politexnik) və bu tarix indiki Universitet tərəfindən rəsmi olaraq qəbul edilir. 1960-cı illərin sonunda burada Banki Donat Politexnik, Kando Kalman Politexnik və İşıq Sənayesinin Texniki Kolleci təhsil verir. 2000-ci ildə Budapeşt Tek Politexnik İnstitutuun artıq 5 fakültəsi tələbələri qəbul edir. Yeni Obuda Universitetinin adı 1 yanvar 2010-cu il tarixdə Macarıstan parlamenti tərəfindən Budapeşt Tek və onun sələfləri Donat Banki Mexaniki Mühəndislik Kolleci, Kalman Kando Elektrik Mühəndisliyi Kolleci, İşıq Sənayesi Texniki kollecininə hüquqi varisi olaraq verilir.[4]
Fakültələr
Universitetin 6 fakültəsi, 1 təhsil mərkəsi və 3 doktor məktəbi var.[5]
- Alba Regiya Texniki Fakültəsi, 1 iyul 2014-cü il tarixində Sekeşfehervarda yerləşən iki ali təhsil institutunun birləşməsi nəticəsində əsası qoyuldu. Bundan belə, Mühəndislik İnstitutu və Geoinformatika İnstitutu keçmiş iki insitutun varisi kimi fəaliyyət göstərir.[6]
- Donat Banki Mexaniki və Təhlükəsiz Mühəndislik Fakültəsi [7]
- Kalman Kando Elektrik Mühəndislik Fakültəsi [8]
- Keleti Biznes və İdarəçilik Fakültəsi [9]
- Con von Nyuman İnformatika Fakültəsi [10]
- Şandor Reytö İşıq Sənayesi və Ətraf Mühitin Mühafizəsi Mühəndisliyi Fakültəsi [11]
- Aqoston Trefot Mühəndis Təhsili Mərkəzi [12]
- Tətbiqi İnformatika və Tətbiqi Riyaziyyat Doktor Məktəbi [13]
- Material Elmlər və Texnologiyalar üzrə Doktor Məktəbi [14]
- Təhlükəsizlik və Təhlükəsiz Elmlər üzrə Doktor Məktəbi [15]
Təhsil və proqramlar
Obuda Universiteti həm macar, həm də ingilis dilində dərəcə proqramları tədris edir. Universitet təhsillərini davam etmək istəyənlərə tam akademik proqramlar təklif edir. Bura geniş əhatəli 12 əsas kurslar daxildir. Bundan başqa, burada əcnəbi tələbələr üçün ingilis dilində üç bakalavr pilləsi proqramları tədris edilir.[16]
Hazırlıq
Duna Beynəlxalq Kolleci Obuda Universitetinin mühəndislikdən əvvəl hazırlıq kurslarının (foundation) rəsmi təminatçısıdır. Kollec tələbələri universitetdə təhsil almaq üçün effektiv şəkildə hazırlayır. Bu kollec Macarıstanda ali təhsil almaq istəyən əcnəbi tələbələrə də bu yöndə öz təlimlərini keçir. Duna Kollecində mühədislikdən əvvəl proqramı uğurla bitirən tələbələr Obuda Universitetinin ilk təhsil ilinə birbaşa qəbul edilirlər. Bu kurslar riyaziyyat, fizika, IT və ingilis dili biliklərinin universitet standartarına cavab verməyən və ya Obuda Universitetinə qbul imtahanlarında uğursuzluq yaşayan tələbələr üçün çox tövsiyə edilir.[17]
Bakalavr
Üç mühəndislik fakültəsi bakalavr pilləsi proqramı üzrə yeddi semestrlik təhsil təklif edir. Proqramlar seçilmiş mühəndislik sahəsi üzrə riyaziyyat, fizika, kompüter, mexanika, mühəndislik rəssamlığı və kimya kimi elmi əsasları təmin edir. Həmçinn, praktiki mühəndislik bilikləri də tədris olunur və ixtisas üçün imkanlar yaradılır. Yaxşı təchiz olunmuş laboratriyalarda təcrübi iş də təmin edilir.
Fakültədən fakültəyə fərqli olaraq bakalavr dərəcə proqramları ixtisas üzrə imkanlar təmin edə bilər. Fakültələr öz proqramlarını məcburi və fakultativ dərs seçimləri illə bölür.
Tədris saatları həftəyə 26-32 saat arasında olur. Bu mənada fakültələr arasında və xüsusilə də son semestrdə tələbələr son proyektlər üzərində çalışan zaman fərqli ola bilər. Tələbələr normalda semestr ərzində 5-6 imtahan verirlər. Bundan əlavə, tələbələrdən proyekt laboratoriyalarında aktiv tədqiqat və dizaynda iştirak etmək tələb olunur və dəstəklənir, bununla da onlarda müstəqil tədqiqatlarda öz biliklərini və bacarıqlarını inkişaf elətirmək gözlənilir. Son imtahanları uğurla bitirdikdən sonra tələbəyə bakalavr dərəcəsi verilir və bununla da ona mühəndislik işində çalışmaq üçün imkan verilir.[18]
Magistratura
Bakalavr dərəcəsinə və ona ekvivalent dərəcəyə sahib olan tələbələr master dərəcəsi üzrə eyni sahədə Obuda Universitetində təhsil ala bilərlər. Bu dərəcəyə qəbulda və yerləşmədə tələbənin akademik qiymətləri və hazırkı bilik səviyyəsi əsas götürülür. Bura ingilis dili də daxil edilir. Bəzi master dərəcə proqramları bilikləri təzələmə kursları və ya hazırlıq semestrləri təklif edir, buna görə də tələbələr öz biliklərini müəyyən mühəndislik dərsləri üzrə yeniləyə bilərlər. Müraciət edənlər öz qiymət kağızlarını və bakalavr dərəcəsi aldıqdan sonra işləyiblərsə lazımi sənədləri təqdim etməlidilər.
Normal olaraq tələbələr artıq hazır edilmiş dərs cədvəli üzrə təhsil alırlar, lakin şəxsi marağa görə bəzi dərsləri seçmək də olar. Dərslər kiçik qruplarla (beş nəfər) aparılır və tələbələrdən individual olaraq şəxsi nəzarətçi ilə iş gözlənilir. Tələbələr laboratoriyalara, tədqiqat məkanlarına və kompüter otaqlarına azad girişə malikdilər.
Master proqramları ümumilikdə dörd semestrə bölünür, normalda iki illik olur və həftəyə 26 saat dərs kimi təqdim edilir. Bu da hər semestrə 5 imtahan deməkdir. Diplom işinin uğurla bitməsindən və son imtahanların verilməsində sonra tələbəyə master dərəcəsi verilir, bununla da o, tədqiqat apara və yüksək səviyyəli mühəndislik tapşırıqları həyata keçirə bilər.[19]
Doktorantura
Obuda Universitetinin akademik heyəti informatika mühəndisliyi ixtisası ilə tətbiqi elmlər üzrə tədqiqat işləri görür. Doktoranturaya namizədlər doktorantura prosedurunun başlanması üçün bu tədqiqat işlərində iştirak etməlidirlər. Bu universitetdəki doktorantura dərəcəsi namizədin müstəqil olaraq elmi işi aparma qabiliyyətinin olması təsdiq edildikə verilir, bu isə doktor işinin yazılması və bununla da namizədin tədqiqat nəticələrinin yekunlaşdırılması şəklində baş verməlidir. Bundan başqa, təqdim edilən doktor işinin sahəsinə aid əsas və tətbiqi elmlər üzrə bəzi keçici və təyinedici imtahanların verilməsi də mütləqdir. Namizədlər öz doktor işlərinin təqdim etməsindən əvvəl öz nəticələrini ictimayyələşdirməlidirlər.
Doktoranturaya sənədlərini təqdim edənlər akademik institut tərəfindən verilən master dərəcəsinə və ya buna ekvivalent dərəcəyə malik və yüksək səlahiyətlə öz sahəsi üzrə ümumi anlaşıya, bəzi koqnitiv dissiplinlərə sahib olmalıdılar. Onlar tədqiqat texnikası etməyə də qadir olmalıdırlar. Doktor dərəcəsinə namizədlər professor və ya fakültənin akademik heyətinin üzvlərinin birinin rəhbərliyi altında öz dərsləri və araşdırması ilə şəxsən individual şəkildə məşğul olmalıdırlar. Onların tədqiqatı ümumən elmi biliyə töhfə verməlidir və bu kimi beynəlxalq elmi ictimayyət tərəfindən tanınmalıdır.[20]
Kampus
Yataqxana
Universiterin yataqxanası tələbələri yaşamaq yerləri ilə təmin edir, onlara rahat yaşam şəraiti, rahat təhsil şərtləri və boş vaxtlarının səmərəli keçirilməsi məqsədilə tələbələrin mədəni,idman və digər fəaliyyəti üçün imkanlar təklif edir. Yataqxana 1500-dən çox tələbə üçün yaşamaq şəraiti yaradır. Payız fəslində müraciət edənlərin 75% üçün yataqxana təmin edilir, yaz semestri üçün isə bu göstərici 90% çatır. 2007-ci ilin fevralından Jozefvaroş Kampusa yaxın tələbə hosteli də həmçinin öz sakinləri üçün yüksək şərtləri təklif edir.[21]
Kitabxana
Kitabxana bilik transferini həyata keçirən məlumat mərkəzidir. Bura tələbələrə, fakültəyə, universitet heyətinə ənənəvi və virtual ədəbiyyata girişi təmin edir və liberal təhsili dəstəkləyir. Kitabxana sənədlərinin məzmunu proqramlardan və universitetdə tədris edilən dərslərdən asılıdır. Kitabxanınn fondu və ehtiyatı mexaniki və eketrik mühəndisliyi, təhlükəsizlik mühəndisliyi, informasiya texnologiyası, işıq sənayesi, pedoqogika, iqtisadiyyat və idarəetmə haqda əsas dərslərə, kurslara aid riyaziyyat, fizika və kimya üzrə texniki sənədlərdən ibarətdir. Həmçinin, burada mühazirələr yazılarını və dillər üzrə kitabları əldə etmək olar.
Kitabxana şəbəkəsi ümumi kitabxana sistemi olaraq fəaliyyət göstərir və Obuda Universitetində effektiv şəkildə təhsil almada və tədqiqat fəaliyyətində yardım edir. Kampusdakı kitabxanalar yerli və beynəlxalq texniki sənədləri toplayır, araşdırır və hər kəs üçün təqdim edir. Burada həm ənənəvi, həm də elektron formatdan istifadə etmək olar. İnternetə çıxışı olan kitabxananın şəbəkələşmiş kompüterləri ACM (Hesablama Maşınları Assosiyasiyası), Rəqəmsal Kitabxana, EBSCO, SpringerLink, Engineering Village Referex kimi məlumat bazasına, həmçinin Elektron İnformasiya Servisinin milli proqramına (EISZ) çıxışı təmin edir. Terminallar həmçinin NAVA sistemlidir (Milli Audiovizual Arxiv).[22]
ABC İntellektual Robotlaşdırma Mərkəzi
ABC İntellektual Robtolaşdırma Mərkəzi robotlaşdırmada elmi və texnoloji irəliləyişi, əsasən də xidmət tətbiqində təşviq etmək üçü təsis edilib. Mərkəz ilk öncə robotlaşdırmada inteqrasiyalı təhsilin və tətbiqetmə yönümlü inkişafın yüksələn tələbinə cavab olaraq yaradılmışdı. Bu, Obuda Universiteti çərçivəsində müstəqil platformadır, geniş şəkildə Avropa və Şimali Amerikadakı əsas əməkdaş institutları və şirkətlərdən ibarət milli və beynəlxalq şəbəkəyə söykənir. Bu quru tətqiqat mərkəzi kimi də fəaliyyət göstərir.[23] Azərbaycanlı görkəmli alim Lütfi Zadə bu mərkəzlə əməkdaşlıq edir, ona görə onun fotosu mərkəzin divarında yerləşdirilib.
Tələbə həyatı
Obuda Universiteti tələbələrə universitetdən kənar bir çox imkanlar yaradır. Bura akademik mühit, istirahət, sərgilər, idman, teatr, konsert, qonaq mühazirələri və s. aiddir. Universitet həmçinin kampus və tələbə həyatına aid bir çox xidmətlər təmin edir. Burada tələbələr aktiv həyat tərzi sürürlər, yeni dostlar qazanırlar, qaynayan tələbə icmasının bir hissəsi olurlar. Universitetə əcnəbi tələbələrin gəlməsi tələbə həyatını daha maraqlı edir. “Sərhədsiz elm” tələbələri ilə digər əcnəbi tələbələr bir çox tədbirlərdə iştirak edir.[24] Universitetin tələbələri tez-tez fabrik və mühəndislik şirkətlərinə aparılır. Məsələn, məşhur “BOSCH” şirkətinin Hatvan bölgəsində yerləşən ən böyük ofisi və zavodlarına Obuda Universitetinin tələbələri üçün ziyarət təşkil edilmişdi.[25]
Məşhur məzunları
- Qalamb Jozef - Ford Model T yaradıcısı
- Sebestyen Yuliya – fiqurlu konkisürmə üzrə Avropa çempionu
- Boroş Layoş – musiqiçi, yazıçı, aparıcı, jurnalist
- Qelleri Andor Endre – məşhur yazıçı
- Feryanç Attila – ralli sürücüsü
- Qedövari İmre – qılıncoynatma üzrə Olimpiya Oyunlarının qalibi (Seul)
- Lazar Dyörd – Macarıstan dövlət xadimi
- Baloq Karoy - «Hercules” motor fabrikinin prezidenti, Ford Model T konstruktoru
İstinadlar
- https://web.archive.org/web/20190127205655/http://www.uni-obuda.hu/files/az-obudai-egyetem-nev-cimer-es-belyegzohasznalatanak-rendje-20180403.pdf.
- "Óbuda University". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "History". 2017-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Copy of Óbuda University". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Faculties and Schools". 2017-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Alba Regia Technical faculty". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Donat Banki". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Kalman Kando". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Karoly Keleti". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "John von Neumann". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Sandor Rejto". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Agoston Trefort". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Doctoral Schoool of applied informatics". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Doctoral School on materials sciences and technologies". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Doctoral school on safety and security sciences". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Faculties and Schools". 2017-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Duna International College". 2017-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "BSc degree". 2017-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "MSc degree". 2017-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "PhD Programs". 2017-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Dormitories". 2017-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "Libraries". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "ABC Center of Intelligent Robotics". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "International studens". 2017-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
- "BOSCH factory visit". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.