Obmannıy adası
Obmannıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir.
Obmannıy adası | |
---|---|
rus. Остров Обманный | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 15 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
79°26′25″ şm. e. 93°49′08″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
|
Coğrafiyası
Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 400 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Bazovıy adası 1,5 km şimal-qərbdə, Zabor adası 3.8 km şimal-qərbdə və Kolosov adaları 4,2 km qərbdə yerləşir.
Xüsusiyyətləri
Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 1,9 km, eni 1,6 km-dir. Cənub və şərq hissələri qayalıqdır, burada hündürlük 6 metrdir. Maksimal hündürlük 15 metrdir. Ada alcaqboylu otlarla örtülü olur.
Xəritə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.