Quru Qoşunlarının Ali Komandanlığı (Vermaxt)
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır.
Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı.
Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
Baş qərargah rəhbərləri
Chefs des Generalstabes des Heeres
- 1935–1938, Generaloberst Ludwig Beck
- 1938 — sentyabr 1942, Generaloberst Franz Halder
- sentyabr 1942 — iyul 1944, Generaloberst Kurt Zeitzler
- iyul 1944 — mart 1945, Generaloberst Heinz Guderian
- mart 1945 – 1 may 1945, General Hans Krebs
Baş komandirlər
Oberbefehlshaber des Heeres (OBdH)
- 1935–1938, Generaloberst Werner von Fritsch
- 1938–19 dekabr 1941, Generalfeldmarschall Walther von Brauchitsch
- 19 dekabr 1941 – 30 aprel 1945, Adolf Hitler
- 30 aprel 1945 – 8 may 1945, Generalfeldmarschall Ferdinand Schörner