Obadiyah xaqan

Obadiyah xaqan (Yəhudi dilində עבדיה)(786-809) — Xəzər xaqanlığının xaqanı, Bulanın nəvəsi.

Obadiyah xaqan
Şəxsi məlumatlar
Doğum tarixi VIII əsr

Həyatı

Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadiyah 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi,

VIII əsrin sonlarında yəhudiliyi dövlət dini elan edən Xəzər xaqanı Obadiyah bununla da dövlətini Bizans imperiyasına və Ərəb xilafətinə qarşı qoymaqla yanaşı, özünün imperatorla, xəlifə ilə eyni səviyyədə olan hökmdar olduğunu nəzərə çarpdırmaq istəyirdi. Digər tərəfdən yəhudiliyi qəbul etməkdə Obadinin məqsədi Xəzər xaqanını dünyəvi hakimiyyətdən məhrum edən qədim türk ənənəsini aradan qaldırmaq idi. Obadinin yəhudiliyi qəbul etməsindən dərhal sonra Xəzər xaqanlığının iri şəhərlərinə, şimal-şərqi Qafqaza İrandan və Bizansdan minlərlə yəhudi ailəsi köçüb gəldi.

Obadiyah xaqan və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi.

Obadiyah xaqan və yəhudilik

Siciliyada yaşamış coğrafiyaşünas İdrisi (XII əsr) xaqanlıqda bütün dinlərin fəaliyyət göstərdiyini, dini azadlığın qorunduğunu qeyd edir. Bizans imperatoru I Roman Lekapenin (919-944) yəhudilərə etdiyi zülmdən sonra onlar demokratik ənənələrin qorunduğu Xəzər xaqanlığına köç edirlər və bu köç ərazidəki musəvilərin nüfuzunun artmasına səbəb olur. İbn Rüşdə görə, xəzər xaqanı musəvi olsa da, xalq əski inancını qoruyub saxlayırdı. Xəzər türklərinin musəviliyi qəbul etmələri tarixdə "Xəzər polemikası" adı altında xatırlanır. Bu polemikada Xəzər xaqanının dəvəti ilə ibrahimi dinlərin nümayəndələri iştirak edərək, hansı dinin daha məqsədəuyğun və doğru olduğu müzakirə edilir. Beləliklə, xaqan müzakirədə iştirak etmək üçün xristian dininin dayağı olan Bizansa nüfuzlu bir din xadimini göndərmək üçün müraciət edir. İmperator III Mixail müşaviri Fotinin məsləhəti ilə Kirill (Konstantin Solunski) və Mefodini xaqanlığa göndərir. Apostol Kirill 861-862-ci illərdə İtilə gəlir. Məşhur "Xəzər sözlüyü"ndə ("Lexicon Cospi", ilk müəllifi polyak İones Daubmanus olub. Xəzərlər haqqında olan dağınıq məlumatlar XVII əsrdə toplanılmağa başlanılıb.) musəviliyin xaqanlığın rəsmi dini olması barədə bir sıra rəvayətlər mövcuddur. İslami qaynaqlardan verilən rəvayətə görə, bir gün xaqan yuxu görür və bu yuxunun yozumu üçün müxtəlif din xadimlərinə müraciət olunur. Yuxunu daha düzgün şəkildə yozan müsəlman Fərabi ibn Qorun izahından sonra xaqan İslamı qəbul edir. Lakin mənbələrdə bu polemikada xaqanın yəhudiliyi qəbul etməsi daha çox qeyd edilir. Çünki yəhudi ravvinin də dediyi kimi, yəhudi dininin arxasında nə yaşıl yelkənli gəmiləri olan ərəb xəlifəsi, nə də əlində qızılı xaç tutub ordularının başında dayanan Bizans imperatoru dayanır. Lakin ravvinin bu məntiqli cavabına Kirill daha tutarlı sual verərək xaqanı fikrindən döndərir. Belə ki, Kirill bildirir ki, yəhudilərin Allah tərəfindən cəzalandırılması və sürgün edilmələrini onların özləri də ilahi cəza hesab edirlər. Və deməli, yəhudilər xəzərləri öz tərəflərinə çəkməklə onları da bu cazaya məhkum olunmalarına və ərazilərindən didərgin düşmələrinə şərait yaradırlar. Ona görə də, xaqan Xristianlığı qəbul edir və xəzərlər xaç suyuna çəkilirlər.

Doğrudur, rəvayətlərdən anlaşıldığı kimi, xaqan Xristianlığa və İslama daha çox meyl etsə də, sonucda Yəhudiliyi qəbul edir. Ravvinin sözündən də göründüyü kimi, əgər Xristianlıq qəbul edilsə, Bizansın, İslam qəbul edilsə, Ərəb imperiyasından asılı vəziyyətə düşüləcəkdi. Bu məqsədlə ən optimal variant kimi musəvilik qəbul edilir.

Ədəbiyyat

  • Артамонов М. И. История хазар. — Л.,1962.

İstinadlar

    Həmçinin bax

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.