Oğuz xan

Oğuz xan, Oğuz xaqan və ya Oğuz Kağan — yarı əfsanəvi, yarı həqiqi türk hökmdarı. Bəzi tarixçilər onu Zülqərneyn, bəziləri isə Mete xan hesab edir. Oğuz xan Oğuz türklərinin əcdadıdır. Həyatı haqqında Oğuz xaqan dastanı yazılmışdır.

Oğuz Xan
Qədim Oğuz dövləti xanı
E.ə. 3000-ci illərin sonu E.ə. 2000-ci illər
(ləqəbi: Zülqərneyn)
ƏvvəlkiQara xan (Türküstan xaqanlığı xanı olaraq)
SonrakıGün xan
Şəxsi məlumatlar
Doğum tarixi E.ə. 3000-ci illər[1]
Doğum yeri
Vəfat tarixi E.ə. 2000-ci illər[1]
Milliyyəti Türk
Atası Qara xan
Anası Ay Kağan
Uşaqları Gün xan, Ay xan, Ulduz xan,Göy xan,Dağ xanDəniz xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oğuz adının mənası və Oğuz Xanın qısa biyoqrafiyası

Oğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s.adlanıb.

Adnan Menderes Kaya "Avşar türkmənləri" kitabında Oğuz adının anlamı haqqında yazır: "Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır. Eyni dastanda Oğuz xan dünyaya gəldiktən sonra dil açıb "sarayda doğulduğum üçün adım Oğuz qoyulsun" demişdir. Çadırda doğulmaqla Oğuz arasında nə kimi bir bağlılıq olduğu şübhəlidir. Zamanımızdaki bilginlərin bir çoxu Oğuzun mənşəyini təspitə çalışmışdı. J. Marquart Oğuz kəlməsinin ok(ok) + uz (adam)dan gəldiyini irəli sürmüşdü. Ancaq türk dilində adam anlamında (uz) sözü yoxdur. D. Sinor isə Oğuzu öküz ilə ilgili bilir. Halbuki Toxarca okus/ökes, Türk dilinə öküz olarak keçmiş və günümüzə qədər gəlmişdir. L. Bazin Oğuzun kök, yoğun mənasına gəldiğini söyləyir. Türk ləhçələrində yoğun anlamında oğuz kəliməsi də yoxdur. J. Hamilton isə qərara gəlib ki, bu sözün kökü oguşdur. Amma Oguş və Oğuz sözləri Orhun kitabələrində eyni cümledə işlənilir. Göründüyü kimi Oğuz adının kökü ilə bağlı müxtəlif görüşlər irəli sürülsə də, Gy. Nemeth tərəfindən izah edilən görüş doğru olanıdır. Buna görə Oğuz Ok + z dən törəmiş bir sözdür. (Ok) oymaq, (z) isə çoxluq şəkilçisidir. Oğuz sözünün Çin dilində " qəbilələr" deyə tercümə edilməsi də bu görüşü dəstəkləyir. Beləcə Oğuz sözünün Ok (ok ve oymak) + z şəkilçisindən törədiyini qəbul etmiş oluruq ki, Oğuz (oymaklar) anlamına gəlir" (Bax: A. M. Кaya, Avşar türkmənləri) Sonralar "oğuz" termini özünün ilkin anlamını itirib və türklərin əfsanəvi babası Oğuzun adına çevrilib. Xülasə olaraq (Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Mübarək, müqəddəs ayrıca qabiliyyətli, bilikli deməkdir. Ruh mənasına da gəlir. Yaxşı xasiyyətlilik də bildirir.

Oğuz xan və Mete xan

Həyatlarındakı bənzərliklərə görə bəzi tarixçilər Oğuz xan və Hun Tenqri Qutu Mete xanı eyni insan hesab edir. Lakin bu fikrə qarşı çıxanlar, fikrin tərəfdarlarından çoxdur. Belə ki, Oğuz xan Hz. Nuhun (ə.s.) 10-cu nəsildə nəvəsidir və təqribən E.ə. 3000-ci illərE.ə. 2000-ci illər aralığında yaşadığı hesab olunur. Mete xan isə E.ə. 243 — E.ə. 174-cü illərdə yaşamışdır. Habelə, Oğuz xanın 6 (Gün, Ay, Yıldız, Tengiz, GöyDağ (Tau)), Mete xanın 1 oğlu (Cuçi xan (Çin mənbələrində adı Laoşandır. Çingiz xanın oğulluğu Cuçi xan ilə səhv salmayın.)) olmuşdur.

Oğuz xan və Hz. Zülqərneyn (ə.s.)

Bir çox İslam alimi Hz. Zülqərneyn ilə Oğuz xanı eyni adam sayır. Buna Oğuz xan dastanındakı və Kəhf surəsindəki eyniliklər dəlalət edir. Ətraflı məlumat üçün baxın: Zülqərneyn və Oğuz xan

Oğuz xanın soyağacı

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oğuz xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Boz oxlar
 
 
 
 
 
 
 
 
 
 
 
Üçoqlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Gün xan"
Qayı
Bayat
Alaevli
Qaraevli
 
"Ay xan"
Yazır
Döyər
Dodurğa
Yaparlı
 
"Ulduz xan"
Avşar
Qızıq
Bəydili
Qarğın
 
 
 
"Göy xan"
Bayandur
Peçeneq
Çuvaldar
Çəpni
 
"Dağ xan"
Salur
Ayrım
Alayuntlu
Yüreğir
 
"Dəniz xan"
İğdir
Büğdüz
Yıva
Qınıq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Onqonu Şahin
 
Onqonu Qartal
 
Onqonu Dovşancıl
 
 
 
Onqonu Sunqur
 
Onqonu Uçquş
 
Onqonu Çaxır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Mənbə

Həmçinin baxın

  1. Əhməd Şimşirgilə görə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.