Oğuz Tarix-Diyarşünaslıq Muzeyi
Oğuz Tarix-Diyarşünaslıq Muzeyi — 19 fevral 1981-ci ildə yaradılmış muzey.
Oğuz Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 19 fevral 1981 |
Mövzu | Tarix |
Yerləşir | Yerli əhəmiyyətli |
Kolleksiyası | 4441 eksponat |
Direktor | Arizə Xudiyeva |
Muzeyə yetişmək | Oğuz, S. Qazıyev küçəsi 59 |
Muzeyin tarixi
Muzey yerli əhəmiyyətli memarlıq abidəsi olan məbəddə yerləşir. Ümumi sahəsi 112 kv.m-dir. Hazırda muzeydə 4441 eksponat var.[1] Muzey dörd bölmədən ibarətdir: təbiət bölməsi, arxeologiya, Sovet imperiyasının süqutuna qədərki dövr, müasir dövr bölməsi. Abidə dövlət tərəfindən qorunan yerli əhəmiyyətli (inv. №4941) abidədir.
Muzeyin ekspozisiyası
Fəaliyyətə başladığı ilk illərdə əsas fondunda cəmi 200 eksponat olmuşdur. Ərazinin tarixi, mədəniyyəti, etnoqrafiyası, sənətkarlıq xüsusiyyətləri ilə bağlı dəyərli nümunələr çoxdur. Burada rayon ərazisində arxeoloji qazıntılar zamanı əldə edilən 168 maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Etnoqrafiya zərgərlik, misgərlik, duluzçuluq, xarratlıq, numuzimatika nümunələri, toxuculuq məmulatları, silahlar, əlyazmalar yerləşdirilən guşələr öz zənginliyi və eksponatların əhəmiyyəti ilə diqqəti cəlb edir. Buradakı küp, çıraq, səhəng, bardaq, misgərlik və toxuculuq nümunələri, qadın kişi və uşaq geyimləri, gümüş pullarla bəzədilmiş kəmərlər, zinət əşyaları tarixi keçmişimizin, dünənimizin qiymətli yadigarlardır.[2]
Qalereya
İstinadlar
- "Oğuz Tarix-Diyarşünaslıq Muzeyi". https://museum.az ( (az.)). 2021-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22.12.2020.
- "Tarixdiyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi". =http://www.anl.az. 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.12.2020.
Xarici keçidlər
- http://sheki.mctgov.az https://web.archive.org/web/20210120070943/http://sheki.mctgov.az/az/view/360/36/Oguz-rayon-Tarix-diyarsunasliq-muzeyi (#bare_url_missing_title). 2021-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22.12.2020.