Oğrubulaq

OğrubulaqAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Oğrubulaq
39°04′04″ şm. e. 48°26′44″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 218 m
Saat qurşağı
Əhalisi
Əhalisi 241 (2009) nəfər
Oğrubulaq xəritədə
Oğrubulaq
Oğrubulaq

Toponimikası

Oğrubulaq oyk. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Oykonim Oğurbulaq adının təhrifolunmuş forması hesab edilir. Güman ki, kəndin adı ərazidəki bulağın adından alınmışdır. Türk dillərində oğur sözünün bir çox mənaları ilə yanaşı"qoruq, mühafizə olunan yer, sığınacaq" mənaları vardır. Rayonun ərazisindəki Təzəkənd yaşayış məntəqəsinin adı da keçmişdə Oğurkənd olmuşdur. Bəzi tadqiqatçılar oykonimin oğur komponentini XIII əsrdə monqollarla Azarbaycana gəlmiş uyğur tayfasının adı ilə bağlayırlar.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 241 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.