Oğlanqala
Oğlanqala (əvvəlki adı: Ulya Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun Ulya Noraşen kəndi Oğlanqala kəndi və müvafiq olaraq Ulya Noraşen kənd Soveti Oğlanqala kənd Soveti adlandırılmışdır.[1]
Oğlanqala | |
---|---|
39°35′13″ şm. e. 45°02′46″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 853 m |
Saat qurşağı | |
|
Coğrafi mövqeyi
Rayon mərkəzindən 8 kilometr şimalda, Arpaçayın sahilində, düzənlikdədir. Yaxınlığında mərmər yatağı yerləşir.
Əhalisi
Əhalisi 2915 nəfərdir.(2009 - cu il)[2]
İqtisadiyyatı
Əhali taxılçılıq və heyvandarlıqla məşğuldur.
Tarixi və mədəniyyət abidələri
Memarlıq abidələrindən qala divarları, üç bürc var. Kənd yaxınlıqda yerləşən eyniadlı qədim yaşayış məntəqəsinin adını daşıyır.
İstinadlar
- "Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı". 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.