Nyu-metal

Nu metal1990-cı ilin əvvəlində yaranan törəmə musiqi tərzi. Heavy metalın törəməsi kimi yaranmışdır.

Nu metal musiqi tərzində daha çox musiqi qrupları fəaliyyət göstərir. Nu metalda bir, iki və daha çox vokal ifa edən musiqiçi, iki və daha artıq gitaraçı, zərb alətçi, və DJ fəaliyyət göstərir. Nu metalın metaldan fərqi elə DJ effektlərini olmasıdır. Nu metalın tarixi o qədər də qədim deyildir. 1990-ci illərin əvvəlində bəzi qruplar (Korn, Deftones və s.) yaranan gündən daha dəyişik musiqi tərzlərini axtarmaq qərarına gəldilər. Bunun nəticəsində ortaya qulağa daha yaxşı gələn bir musiqi tərzi NU METAL çıxdı. Nu metalın atası Ross Robinsondur. Çünki nu metal qruplarının ilk albomlarının prodüserliyini o etmişdir. Bunun ən bariz nümunəsi Kornun ilk albomudur. Nu metalın populyarlığı 1998-də Kornun 3-cü studiya albomu ilə daha da yüksəldi. Ard-arda nu metal qrupları yaranır və nu metal dünya üzrə tanınmağa başlayırdı. Qruplar artdıqca nu metal dünyada hamının bildiyi bir mahnı tərzinə çevrilirdi.

1994-cü ildə Limp Bizkit, 1996-cı ildə isə Linkin Parkın yaranışı nu metalı daha da şöhrətləndirdi. Bunun nəticəsi kimi 2000-ci ildə nu metal, dünyada ən çox qulaq asılan mahnı tərzinə çevrildi. 2000-ci ildə Linkin Parkın Hybrid Theory, Limp Bizkitin Chocolate Starfish And The Hotdog Flavored WaterPapa Roşun ilk albomu Infest yeni əsrdə musiqidə bir çevriliş etdi. Hybrid Theory hətta hal-hazırda da 21-ci əsrin ən çox satılan albomu oldu. Belə ki, Linkin Parka bu albom münasibətilə 2005-ci ildə Qızıl CD mükafatı verildi. Papa Roşun Infest albomu üçün isə Papa Roşa Platinyum CD mükafatı verildi. Sonradan nu metal zəifləməyə başladı. Korn əvvəlki mövqeyini itirmiş, Limp Bizkitin, Linkin Parkın, Papa Roşun sonraki albomları əvvəlkilər qədər rəğbət görmədi və nəticə olaraq nu metal qrupları nu metaldan uzaqlaşdılar. Limp Bizkit 2005-dən indiyədək albom çıxartmadı, Linkin Park isə Alternativ Rok üslubunu seçdi. Papa Roş isə tamam dəyişik bir tərz Hard Rok ifa etməyə başladı. Nu metal hal hazırda tənəzzül dövrünü yaşayır. Qrupların əksəriyyəti dağıldı ya da tərzlərini dəyişdi.

Mahnı tərzi

Nu metal əksərən Rokçu, Repçi, Gitara, Zərb Aləti və bəzi qruplarda DJ effektlərindən istifadə olunur. Həmçinin bu musiqi tərzində Bas gitarada 4 yox 5 teldən istifadə olunur. Bu mahnı tərzi nəticəsində nu metaldan da bir neçə törəmə musiqi tərzləri yarandı. Bunlar RepkorRep-Rokdur.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.