Nyasa

Nyasa (həmcinin Мalavi, ing. Nyasa və ya Malawi, port. Lago Niassa) — Şərqi Afrika ərazisində yerləşən Şərqi Afrika Rift dərəsi boyunca yerləşın sahəsinə görə üçüncüdür. Üstəlik bu rifin cənubunda yerləşən sonuncu göldür. Göl Malavi, MozambikTanzaniya arasında sərhədi təşkil edir. Göl şimaldan cənuba 560 km, maksikal dərinliyi isə 706 metr təşkil edir. Dünyada sahəsinə görə 10-cu, dərinliyinə görə isə üçünçüdür. Dünyada şirin su etdiyyatının 7% özündə birləşdirir.

Nyasa gölü
ing. Nyasa, ing. Malawi, port. Lago Niassa, suah. ziwa Nyasa
Ümumi məlumatlar
Mütləq hündürlüyü 474 m
Eni 75 km
Uzunluğu 560 km
Sahil uzunluğu 1245 km
Sahəsi 29600 km²
Həcmi 8400 km³
Su tutumu 6593 km²
Dərin yeri 706 m
Orta dərinliyi 292 m
Tökülən çay Rhuhu
Axan çay Şive
Şəffaflığı 13—23 m
Yerləşməsi
11°52′ c. e. 34°35′ ş. u.
Ölkələr
Nyasa gölü xəritədə
Nyasa gölü
Nyasa gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Nyasa» sözü Yao xalqının dilində «göl» mənasını verir.

Coğrafiyası

Göl Şərqi Afrika Rift dərəsi boyunca yer qabığının çatında 578 km uzunluğa və 16–80 km arası enə malik dərədə yerləşir. Gölün səthi 472 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Sahəsi 29 604 km²[1] təşkil edir. Gölün orta dərinliyi 292 m, maksimal dərinliyi 706 metrdir. Gölün dibi dəniz səviyyəsindən aşağıda yerləşir. Ümumi həcmi 8 400 km³-dir. Gölün ətrafı dağlarla əhatələnmişdir. Şimal-qərbində geniş düzənlik vardır. Bu hissədən Sonqve çayı gölə axır.

Gölün dibi qalın örtüklə örtülmısi yaşının qədimliyini sübut edir. Fərziyələrə görə yaşı isə 4 milyondur.

Hövzə ətrafında yerləşən ən hündür dağlar Livinqston dağlarıdır. Gölün şimal-şərqində Ruhuhu çayı Livinqston dağlarını yarır.

Hidroqrafiya

Gölü 14 çay qidalandırır. Onlar arasında Ruhuhu, Sonqve, Şimali Rukuru, Cənubi Rukuru, Dvanqva, Bua və Lilonqve ən uzun çaylardır. Göldən axan yeganə çay isə Şire çayıdır[2]. Göldən axan çayın axını 63 km³ təşkil edir. Gölə axan suyun cəmi 16 % çayla, yerdə qalan hissəsi isə buxarlanma ilə gölü tərk edir. Göl öz suyunun tərkibini 114 ilə dəyişir. Axarı olan göllər arasında suyu nisbətən şor və ağırdır. Səbəb isə güçlü buxarlanmadır.

Gölün istənilən kimyavi çirklənməsi ancaq, buxarlanma və Şire çayı vastəsi ilə təmiizlənə bilər. Əgər çirklənmə bütün gölü əhatə etsə onun təmişlənməsi yalnız 650 ilə baş verir.

Gölün səviyyəsi yağıntılardan asılı olaraq dəyişir. İqlim dəyişilikləri özünü açıq aydın göstərir. Yağıntının artması, buxarlanmanın azlığı səbəbindən gölün ətraf əraziləri basması müşahidə edilmişdir. 19781980-ci illərdə isə suyun səviyyəsi azalmış Şire çayından axın tamamən dayanmışdır. Bu hadisə 1915-1937 illər ərzində də bu təkrarlanmışdır. 1997-ci ildə isə axın tamamən kəsilmişdir.

Siyasi müəyyənləşmə

Göl üç ölkə arasında bölünmüşdür: Malavi, MozambikTanzaniya. Gölün şimalında Malavi ilə Tanzaniya arasında mübahisəli ərazi vardır. Tanzaniya düşünür ki, sərhəd 1914-ci Qərbi Afrika və Nyasalend[3] arasında olduğu kimi olmalıdır. Bölgə Nyasalend və mandat altında olan Tanqanika arasında bölünürdü. Gölün şimal-şərqində əhali olduqca az məskunlaşmışdı. Bu səbəbdən bölgəyə ayrı inzibati mərkəz təşkil etməyə ehtiyac duyulmurdu. Keçmişdə gölün bu hissəsi uğrunda toqquşmalar baş vermişdir.

Gölün böyük hissəsi 68 % Malavi ərazisidir. 25 % Tanzaniya, 7 % isə Mozambik ərazisinə daxildir. . Tanzaniya hissəsi göldə balansanın qorunması baxımından əhəmiyyətlidir.

Limoma adasıÇisumulu adaları gölün Mozambik sahilində yerləşməsinə baxmayaraq Malaviyə məxsusdur. Adalar bütünlüklə Mozambik sektoru ilə əgatələnmişdir.

Araşdırma tarixi

Afrikanın mərkəzində böyük bir dənizin olması avropalılara hələ yük illiklər öncə məlum idi. Artıq XVII—XVIII yüz illiklərdə tərtib edilən xəritələrdə gölün sahəsi dəqiq şəkildə göstərilirdi. Böyük ehtimal ki hələ X əsrdən ərəblər bölgəyə ticarət məqsədi ilə ayaq basmışlar. David Livinqston 1860-cı ildə Zambezi çayı ilə mənbəyə doğru uğursuz cəhddən sonra Şire çayını tətqiq edir. Şire çayı ilə Nyasa gölünü aşkarlayır. O, ilk avropalı olur ki, Nyasa gölünü görür. Gölü ilk dəfə ətraflı şəkildə təsvir edir[4]

David Livinqston bölgəni tətqiq etdikdən sonra məlumatları 1865-ci ildə Londona ötürür. O, bölgə xalqının adət-ənənələri, burada aparılan böyük ticarətdən digərlərini xəbərdar edir. Üstəlik o, burada aparılan aktiv qul alverinin olduğunu bildirir. İl ərzində min qul göllə keçirilərək Hind okeanı sahillərində yerləşən müsəlmat ölkələrinə aparıldığını bildirir. Livinqston düşünürdü ki, qul alverinin qarşısının alınması üçün gölə bir Kanoner qayığının gözətçi fəaliyyəti yetərlidir. Üstəlik qul alverinin yerinə digər ticarət növləri və xristianlığın yayılması fikirini irəli sürülürdü. 1891-ci ildə bölgənin Britaniyanın protektoru elan edilməsi quldarlığı tam ləğv edilməsi ilə nəticələnir. 1907-ci ildə ilə protektorat Nyasalend adlandırılır. Koloniya 1966-cı ildə müstəqil Malavi dövləti qurulur.

1914-cü ildə göl tarixində ilk və hələ ki yeganə olan dəniz döyüşü olmuşdur. Bu döyüş zamanı Britaniya gəmisi tərəfindən alman hərbi təhcizalı paraxodunun batırılması olur.

Əslində gölün ilk açılışını edən avropalı Qaşmar Bukarru olmuşdur. O, hələ 1616-ci ildə göl ətrafına ayaq basaraq onu aşkarlamışdır. Portuqaliya dövlət arxivi açılarkən bu təsdiqini tapır[5].

2005-ci ildə ildə göldə Toba vulkanının külü aşkarlanır. Halbuki vulkan göldən 7 min km şərqdə yerləşir (Sumatra adası)[6].

İstinadlar

  1. "Malawi Cichlids". AC Tropical Fish. Aquaticcommunity.com. 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-04-02.
  2. "Lake Malawi". World Lakes Database. International Lake Environment Committee Foundation. 2012-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-04-02.
  3. "Govt clarifies on Tanzania-Malawi border". KForum. 1 August 2007. 2011-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-26.
  4. "Luxury Malawi Safari — Lake Malawi, Liwonde, Likoma Island : Wilderness Journeys". 2011-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
  5. "David Libinqstoun. Afrikanı tətqiq edənin həyatı «Fikir» 1984". 2009-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.
  6. "«Doubt over 'volcanic winter' after Toba super-eruption. 2013»". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-08.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.