Nursu

Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır.[2]

Nursu
39°24′09″ şm. e. 45°40′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Nursu xəritədə
Nursu
Nursu

Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıqheyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var.

Nursu-Şahbuz rayonunda ça. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür.Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən, qar və qrunt. qismən yağış suları ilə qidalanır.

Əhalisi

Əhalisi 849 nəfərdir.[3]

Tanınmış şəxsləri

  • Məmməd Araz — Azərbaycanın xalq şairi.
  • Firudun Hüseynov-ədəbiyyatşünas, professor
  • İbrahim Bağırov-tarix elmləri namizədi
  • Vəliyəddin Əliyev-professor,
  • Adil Bağırov-AMEA-nın müxbir üzvü,
  • Zülfəli İbrahimov-fəlsəfə elmləri namizədi
  • Əkrəm Bağırov- kimya elmləri namizədi
  • Akif Bağırov- uroloq, professor
  • Akif Bağırov- ədəbiyyatşünas, professor, şair
  • Mübariz Bağırov-professor
  • Şəmsəddin Əmişov-fəlsəfə doktoru
  • İsmayıl Bağırov-fəlsəfə doktoru
  • Arif Ağalarov-fəlsəfə doktoru
  • Şakir Ağalarov-d/x polkovnik-leytenantı
  • İbrahim Kazımov-fəlsəfə doktoru
  • Hafiz Hüseynov-fəlsəfə doktoru
  • Bəxtiyar Məmmədov-fəlsəfə doktoru
  • Eldəniz Bağırov-fəlsəfə doktoru
  • Tural Murtuzəliyev-fəlsəfə doktoru
  • Nüşabə Əliyeva-əməkdar həkim
  • Elşən Məmmədov-əməkdar jurnalist, polkovnik-leytenant.
  • İzaməddin Bağırov əməkdar artist
  • İsa Bağırov-sabiq nazir
  • Həsən İbrahimov-polkovnik…

Əlabbas Bağırov, Əbülfəz İbrahimov, Rəhilə Elçin, Sevil İbrahimqızı, Əbülfət Bağırov kimi məşhur qələm ustaları, Qədirulla Bağırov kimi tanınmış rəssam, Qorxmaz İbrahimli kimi siyasi ekspert, ekoloq… bu kəndin yetirmələridir. (Siyahı tam dəqiq olmaya bilər.)

İstinadlar

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.