Nuriel Rubini
Nuriel Rubini (ing. Nouriel Roubini, rus. Нуриэль Рубини 29 mart 1958-ci il, İstanbul) — amerikalı iqtisadçıdır, Nyu-York Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə professoru. Qlobal maliyyə problemlərində dünyadakı ən nüfuzlu mütəxəssislərdən biridir. Dünya maliyyə böhranını (2008-2012)[1][2][3] proqnozlaşdıran , RGE Monitor şirkətinin prezidentidir. Ləqəbi Dr. Doom.
Nuriel Rubini | |
---|---|
ing. Nouriel Roubini, rus. Нуриэль Рубини | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul , Türkiyə |
Milliyyəti | ABŞ |
Elm sahəsi | Beynəlxalq iqtisadi münasibətlər |
Elmi dərəcəsi | Fəlsəfə doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili |
Nyu-York Universiteti Bokkoni Universiteti (Bakalavr dərəcəsi 1982) Harvard Universiteti ( Fəlsəfə doktoru 1988) |
roubini.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İranlı yəhudilərin ailəsində anadan olub [4]. İki yaşındaykən valideynləri ilə birlikdə Tehrana daha sonra isə İsrailə köçdülər. 1962-ci ildən 1983-cü ilə qədər Milanda yaşamış, Bokkoni Universitetində təhsil almışdır. Sonra Harvard Universitetində aspiranturada dərəcəsini almışdır. İngilis, İtalyan, Fars və İvrit dillərində səlis şəkildə danışır.
1982-ci ildə Milan şəhərində Bokkoni Universitetini iqtisadiyyat üzrə bitirmişdir. 1988-ci ildə Harvard Universitetini beynəlxalq iqtisadi münasibətlər üzrə bitirmişdir.
- 1993-cü ildə - Yel Universitetinin İqtisad Fakültəsində professor olmuşdur
- 1995-ci ildən indiyədək Nyu-York Universitetinin Stern School of Business-də İqtisadiyyat professorudur.
- 1998-ci ildə ABŞ-nin İqtisadi Məsləhətçilər Şurasında beynəlxalq işlər üzrə iqtisadçıdır.
- 2004-ci ildə Roubini Global Economics Monitor analitik şirkətinin İdarə Heyətinin sədridir.
- 2006-cı ildə ABŞda, ipoteka böhranını çıxacağını və dünya iqtisadi böhranı başlayacağını proqnozlaşdırmışdır.
Mükafatları
- The New York Times qəzeti İqtisadiyyatın peyğəmbəri kimi adlandırmışdır (ing. a prophet).[5]
- Britaniyanın "Prospect Magazine" (2009) jurnalına görə Rubini , indi yaşayan 100-ə yaxın ziyalıların siyahısında ikinci yeri tutur (ing. list of the world’s 100 greatest living public intellectuals).[6]
- Foreign Policy jurnalına görə yüz böyük dünya mütəfəkkirlərinin siyahısında 4-cü yeri tutur, "Time" jurnalına görə dünyanın ən nüfuzlu 100 nəfərdən biri hesab edilir.[7][8]
- The Times jurnalı, "Düşüncələr" kateqoriyasında planetin ən görkəmli 100 nəfərinin siyahısına yerləşdirdi.[9]
- 2010-cu ildə Forbes onu dünyanın ən nüfuzlu iqtisadçısı adlandırdı.[9]
Kitabları
- Alberto Alesina, Nouriel Roubini, Gerald D. Cohen Political Cycles and the Macroeconomy. MIT Press, 1997.
- Нуриэль Рубини, Стивен Мим. Как я предсказал кризис. Экстренный курс подготовки к будущим потрясениям = Crisis Economics: A Crash Course in the Future of Finance. — М.: Эксмо, 2011. — ISBN 978-5-699-48479-9.
İstinadlar
- Нуриэль Рубини, человек, который предсказал кризис Arxivləşdirilib 2016-02-07 at the Wayback Machine, Ведомости 10.12.2008
- "Провозвестник кризиса опасается распада еврозоны. Нуриэль Рубини сегодня предупредил, что над зоной евро нависла угроза распада". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
- "Нуриэль Рубини: модернизация России может не состояться". 2010-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
- "Lenta.ru: Финансы: «Буревестник кризиса» Нуриель Рубини примет участие в «Форуме Россия 2009»". 2010-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
- Mihm, Stephen. "Dr. Doom". New York Times. August 15, 2008. November 15, 2019 tarixində arxivləşdirilib.
- Crabtree, James. Chosen #2 of world’s 100 greatest living intellectuals Arxivləşdirilib 2009-04-30 at the Wayback Machine, Prospect Magazine, January, 2009
- Krugman, Paul. "The 2009 TIME 100: Scientists & Thinkers". Time. time.com. April 30, 2009. August 25, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 2, 2009.
- "The FP Top 100 Global Thinkers". Foreign Policy. Washington, D.C.: The Washington Post Company. December 2009. ISSN 0015-7228. April 6, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 30, 2009.
- "Forbes признал Нуриэля Рубини самым влиятельным в мире экономистом - портал новостей LB.ua". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.