Nuravud
Nuravud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Nuravud | |
---|---|
38°46′23″ şm. e. 48°21′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.536 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimiyası
Yaşayış məntəqəsini orand tayfasının üçüncü qoluna məxsus ailələr salmışlar. Kənddə Təbriz şəhərindən gəlmiş ailələr çoxdur. Kəndin adı Türk dilində Nurabud kimi tələffüz olunur. Oykonim nura/nüra (monq. “dağ silsiləsi”, “sıldırım qayalıq”) və vud (Azərbaycan dilinin dialektlərində vird variantında “təpəlik” mənasında işlənir) komponentlərindən düzəlib, “dağ silsiləsinin yaxınlığında, yüksəklikdə olan kənd” mənasındadır.[3]
Tarixi
29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Nüravud kənd inzibati ərazi dairəsi tərkibindəki Nüravud kəndi Nuravud kəndi adlandırılsın, Nüravud kənd inzibati ərazi dairəsi Nuravud kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[4]
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
- Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı