Nurəddin Mustafayev
Nurəddin Elyaz oğlu Mustafayev (18 oktyabr 1942, Qaraiman, Basarkeçər rayonu) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin (1983–1988) və Şəki Şəhər Komitəsinin (1980–1983) birinci katibi.
Nurəddin Mustafayev | |
---|---|
6 dekabr 1983 – 27 noyabr 1988 | |
Əvvəlki | Kamran Rəhimov |
Sonrakı | Heydər İsayev |
9 aprel 1980 – 7 dekabr 1983 | |
Əvvəlki | Sadıq Murtuzayev |
Sonrakı | Hadi Rəcəbli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 oktyabr 1942 (81 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
![]() |
Həyatı
Nurəddin Elyaz oğlu Mustafayev 1942-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Qaraiman kəndində anadan olmuşdur. 1948–1953-cü illərdəki Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. 1960-cı ildə Gəncə şəhərində orta məktəbi qızıl medalla bitirmişdir.[1] 1969-cu ildə Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirərək Dövlət Damazlıq stansiyasında əmək fəaliyyətinə başlamış, daha sonra Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin baş idarəsində zootexnik, 1971-ci ildən isə Baş Heyvandarlıq İdarəsində zootexnik, şöbə müdiri vəzifələrində işləmişdir.[2]
Nurəddin Mustafayev Azərbaycan SSR Nazirlər Soveti aparatında referent vəzifəsinə keçirilmiş, 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsində təlimatçı, 1980-ci ildən isə Mərkəzi Komitənin Təşkilat-partiya işi şöbəsində müfəttiş olmuşdur. Azərbaycan KP Şəki Şəhər Komitəsinin birinci katibi, 1983–1988-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989–1993-cü illərdə Hacı Zeynalabdin Tağıyev adına un dəyirmanının direktoru olmuşdur. Sonralar "Ağrıdağ" Cəmiyyətinə başçılıq etmişdir.[2][3]
Nurəddin Mustafayev Azərbaycan SSR Ali Sovetinin, XI çağırış Naxçıvan MSSR Ali Sovetinin və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" ordeni və bir sıra medallarla təltif edilmişdir.[2]
İstinadlar
- Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə. Bakı: EL. 2007. səh. 175.
- Mustafayev Nurəddin Elyaz oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 394.
- Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 292.