Nurəddin (Laçın)

NurəddinAzərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Nurəddin
39°49′03″ şm. e. 46°30′39″ ş. u.
Ölkə
Region Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Nurəddin xəritədə
Nurəddin
Nurəddin
Nurəddin xəritədə
Nurəddin
Nurəddin

Toponimikası

Yaşayış məntəqəsini Piçənis kəndindən köçüb gəlmiş ailələr keçmiş binə yerində salmışlar. Bəzi tədqiqatçılar kəndin adını Nurəddin şəxs adı ilə bağlayırlar. Güman ki, binə həmin şəxsə məxsus olmuşdur. Oykonim (1933) Nuraddin variantında da qeydə alınmışdır. Norədin variantında oykonim "uçqun, yarğan yaxınlığında məskən" mənasını ifadə edir.[2]

Əhalisi

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. Əhali Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.