Nunivak adası
Nunivak adası (ing. Nunivak) — Berinq dənizində Alyaska yaxınlığında yerləşir. Sahəsi 4227 km² təşkil edir. Amerikaya məxsus olan sahəsinə görə səkkizinci adadır. Berinq dənizində Müqəddəs Lourens adasından sonra ikinci böyük adadır. Yukon çayının deltasından 48 km aralıda yerləşir. Şimaldan cənuba 76 km, şərqdən qərbə isə 106 km təşkil edir.
Nunivak adası | |
---|---|
ing. Nunivak Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 4226,8 km² |
Uzunluğu |
|
Eni | 106 km |
Hündür nöqtəsi | 511 m |
Əhalisi | 210 nəfər |
Yerləşməsi | |
60°04′54″ şm. e. 166°22′51″ q. u. | |
Ölkə | ABŞ |
Region |
|
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təbiəti
Adan vulkan məşəllidir. Sahəsinin böyük qismi 160 metr hündürlüyə malik olan plato yerləşir. Adanın formalaşması Təbaşir dövrünə təsadüf edir[1].
Adanın tipik lanşaftı tundradır. Burada qütb söyüdü 1,2 metrdən yüksək olmur. Adadan 40-dan çox çay axır. Cənubunda duzlu suya malik laqunlar vardır. Adada ən azı 89 növ dəniz və quru quşları yaşayır. Adanın böyük hissəsi Yukon Deltası adlı qoruğu ərazisinə daxildir.
Əhali
2004-cü ildə adada 179 insan yaşayırdı. 2000-ci ildə isə 210 nəfər yaşaması məlumdur. İnsanlar əsasən Mekoryok qəsəbəsində yaşayır. Qəsəbə adanın şimalında yerləşir[2]. Amerikada 1880-ci ildə aparılan siyahıya alınma zamanı adada 702 nəfərin qeydə alınmışdır. 1900-cü ildə isə ada tamamən boşaldılmışdır. Əhali Çupik dilində danışırlar. Bununla belə əhalinin hamısı ingilis dilini bilir. ABŞ Çupik dilinin qorunması üçün məktəblərdə onun tədridi üçün tədbirlər görür. Əhali əsasən balıqçılıqla və materkdə mövsümü işlərlə məşğul olurlar.
İstinadlar
- "Nunivak Island description and statistics". Alaska Volcano Observatory. USGS. 2013-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-04-13.
- Block 1038 thru Block 1044, Block Group 1, Census Tract 1, Bethel Census Area United States Census Bureau
Ədəbiyyat
- Nunivak Eskimo Margaret Lantis in Handbook of North American Indians v5 Arctic pp 209–223. Government Printing Office, Washington. Copyright 1984 Smithsonian institution.
- Nunivak Island Eskimo (Yuit) technology and material culture (1989) VanStone, James W; Field Museum of Natural History. Fieldiana, Anthropology, new series, no.12 Chicago, Ill.: Field Museum of Natural History. In copyright, digitized with the permission of the Chicago Field Museum. This is VanStone’s write-up of Margaret Lantis’s material culture collection and notes.
- The social culture of the Nunivak Eskimo. Margaret Lantis. Transactions, American Philosophical Society (vol. 35, Part 3, 1946)