Nunatak
Nunatak (qren. nunataaq) — ətrafı buzla örtülü olan qayalı pik və ya təpə. Bu coğrafi obyekt buz örtüyünün və ya dağ buzlağının üzərinə çıxır. Nunataklar əsasən Qrenlandiya və Antarktida ərazisində yerləşir. Buzlaq zonasında bitki örtüyünün formalaşmasına imkan verir.
![](../I/Eastcoastgreenland1.jpg.webp)
Şərqi Qrenlandiyaın nunatakları.
Vaxtı ilə buzlarla tam örtülən dağ zirvələri dairəvi formaya malik olur. Onların ifadə edilməsində bəzən islandiyalı dilində işlənən "nunakol"[1] (ing. Nunakol) sözü keçərlidir.
"Nunatak" sözü eskimos dilidən Qərbi Avropa dillərinə 1880-ci illərdə daxil olmuşdur.
Geomorfoloji termin
Nunatak — (rus. нунатак, ing. nunatac) (eskimos. nuna-tək, tənha və tak-pik, zirvə) — buzlaq altından çıxan (yüksələn), təcrid edilmiş, tənha qaya və ya zirvə.[2]
Həmçinin bax
İstinadlar
- Taylor, Thomas Griffith. "Antarctic adventure and research" (PDF) (ingilis). New York, London, D. Appleton and co. 1930. see p. 127-129. 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-04.
- Nunatak // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.