Nubiya səhrası

Nubiya səhrası[1]Səhra Afrikanın şimal-şərqində, Saxaranın şərqində yerləşir. Səhra Nil çayı ilə Etbay silsiləsi arasında qərarlaşır. Böyük qismi Sudan az qismi isə Misir ərazisində yerləşir.

Liviya səhrası
ərəb. صحراء النوبة
Nubiya səhrası
Nubiya səhrası
Ümumi məlumatlar
Sahəsi 1420000 km²
Temperatur
  Yanvarda orta +18 °C
  İyulda orta +30 °C
Yerləşməsi
20°30′ şm. e. 33°00′ ş. u.
Yerləşdiyi yer Şimali Afrika
Ölkələr
Liviya səhrası xəritədə
Liviya səhrası
Liviya səhrası
Nubiyasəhrası (Afrika)
Nubiya
səhrası

Relyef

Relyefi pilləvari olaraq 1000 metrdən 350 m hündürlük arasında yerləşir. Səhrada hündürlüyü 1240 metr olan tənha dağ vardır. Səhra qurumuş çay vadi və dərələri ilə zəngindir. Dəniz səviyyəsindən orta hündürlüyü 500 metrdir. Ən hündür nöqtəsi Oda zirvəsi 2259 metrdir.

Bitki və heyvanlar aləmi

Bitki örtüyü kasad olsa da, burada Palma, tamarisk, akasiya və bir sıra kol bitkiləri bitir. Heyvanlar aləmindən gekkonlar, zəhərli ilanlar, səhra varanları, kərtənkələlər, caqqallar, kaftar və hətta timsaha rast gəlinir.

İqlimi

İqlimi quru subtropik, isti, kontinentaldır. İyul ayının orta temperaturu +30ºС, yanvar ayının isə +15ºС təşkil edir. Maksimal temoeratur +53ºС-dir. Qışda soyuq gecələr nadirdeyildir. İllik yağıntının miqdarı 25 mm təşkil etsə də, bəzi illərdə yağıntı düşmür.

Əhali

Səhra ərasisində ümumilikdə 2–2,5 milyon nəfər yaşayır. Əhalisi: Nubiyalılar, Ərəblər, Berberlər, Nilotlar, Koplar. Dinləri İslam (sünnü), xristian. Dilləri: Ərəb dili, İngilis dili, Nilot dili, Nubiya dili, Beca dili, Kop dili.

İstinadlar

  1. "Nubiya səhrası". geosfera.info. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.