Novxanı xalçaları

Novxanı xalçalarıAbşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.[1]

Xalça
Novxanı
Novxanı xalçaları
Novxanı xalçaları
Xalça haqqında məlumatlar
Tam adı Novxanı xalçaları
Məktəbi Abşeron xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan

Ümumi məlumat

"Novxanı xalçaları" Abşeron yarımadasında, Bakı şəhərindən 25 km məsafədə yerləşən Novxanı kəndinin sakinləri tərəfindən toxunmuşdur. Bir müddət sonra "Novxanı xalçaları"nı Novxanı kəndi ilə qonşu olan GörədilFatmayı kəndlərində də toxumağa başlayırlar. Bəzi sənətşünaslar və xalçaçılar bu xalçanı səhvən "Quba xalçaları" adlandırırdılar.[2]

Bədii analiz

"Novxanı xalçaları"nın orta sahəsinin yerliyi əksər hallarda tünd-abı, bəzən isə tünd-göy və ya qırmızı olur. Şaquli istiqamətdə yerləşmiş altıbucaqlı rombşəkilli göllərin mərkəzində "köşək ayağı" adlanan kiçik medalyon yerləşir. Üç və daha artıq göldən ibarət olan "Novxanı xalçaları"nın mərkəzində yerləşən "Köşək ayağı" adlanan medalyon səkkiz ləçək olan on iki dairəvi elementlə əhatə edilmişdir. "Novxanı xalçaları"nın yerliyi çox nadir hallarda açıq palıdı olur. Xalçanın bütün yerdə qalan hissələrinin (naxışlarının), o cümlədən, göllərin və köbə zolaqlarının rəngi xalçanın yerliyinin rənginə daha çox uyğun gəlir.

"Novxanı xalçaları"nın orta sahəsi enli köbə zolağını əmələ gətirən iki ara haşiyə, üç mədaxil və iki caqla əhatə olunmuşdur. Bir çox hallar da bəzi "Novxanı xalçaları"nın köbə zolağında yalnız qarmaqşəkilli naxışları olan bir ara haşiyə olur.

Orta sahədə yerləşən böyük göllərin aşağı və yuxarı tərəflərində, eləcə də göllər arasında kiçik ölçülü səkkizbucaqlı göllər cüt-cüt yerləşir. Kiçik ölçülü səkkizbucaqlı göllərin daxilinə öz növbəsində iti guşəli ulduz yerləşdirilmişdir.

Orta sahənin sol və sağ tərəflərində, aşağıdan yuxarıya qədər cıqqa buta (cıqqa-tac, qadınların baş bəzəyi) toxunmuş, böyük və kiçik göllər isə Quba-Şirvan xalçaları üçün xarakterik olan quşlarla və digər elementlərlə əhatə edilmişdir.

Texniki xüsusiyyətlər

"Novxanı xalçaları"nın ölçüləri 120x300 sm-dən 150x260 sm-ə qədər ölçülər arasında dəyişir.

"Novxanı xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 40x40 ilmədən 45x45 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 160 min ilmədən 200 min ilməyə qədər təsadüf edilir.

"Novxanı xalçaları"nda xovun hündürlüyü 5–7 mm-dir.

İstinadlar

  1. "Novxanı xalçaları". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  2. "Xalçaçılıq". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.