Novruz Cəfərov
Novruz Adil oğlu Cəfərov (d. 13 mart 1953) — Azərbaycan aktyoru. Azərbaycanın əməkdar artisti (2013), Ağdam Dövlət Dram Teatrının baş rejissoru (2017-ci ildən).
Novruz Cəfərov | |
---|---|
Novruz Adil oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir rayonu Könüllü kəndi |
Fəaliyyəti | Aktyor |
Mükafatları |
Həyatı
Novruz Cəfərov 13 mart 1953-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur. 1970-ci ildə Könüllü kənd orta məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dİ institutunun “dram-kino aktyor”- u fakültəsinə qəbul olub. Professorlar; M.Məmmədov, F.Sultanov, Ə.Quliyev və xalq artisti aktyor H.Salayevdən dərs almışdır. 1975-ci ildə Azərbaycan Dİ institutunu bitirib; Şəki DD teatrına təyinat almışdır. 1975- ci ildən -1997-ci ilə qədər, tam 21 il Şəki DD teatrında aktyor işləmişdir. 1997- ci ildən aktyor kimi Gəncə DD teatrında çalışır. Teatrlarda işlədiyi bu 40 ildə 150- dən çox tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi janrlarda rollar oynamışdır. Quruluşcu rejissor kimi 10- dan çox tamaşa hazırlamış və dramaturq kimi bir çox komediyalar müəllifidir. Hal-hazırda Gəncə DD teatrında öz fəaliyyətini davam etdirir.
Gəncə Teatrında - Nizami Gəncəvinin “Xeyir və Şər” (Xeyr), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Qoşunəli), Hüseyin Cavidin “Afət” (Doktor Qaratay), Sabit Rəhmanın “Toy” (Kərəmov), Cəfər Cabbarlının “Oktay Eloğlu” (Xaspolar), Mir Cəlalın “Ərik ağacı” (Müəllim), İlyas Əfəndiyevin “Qəribə oğlan” (Əhmədcan), “ağıllılar və dəlilər” (Ağamusa), “Mahnı dağlarda qaldı” (Bayram bəy), Əli Əmirlinin “Varlı qadın” (Sarı), Elçinin “Qatil” (Polis), “Ölüm hökmü” (Ələsgər müəllim və Katib), Şıxəli Qurbanov “Sənsiz” (Tərlan), İsi Məlikzadənin “Nəsrəddin” (Qazı), Novruz Cəfərovun “Buna da şükür” (Fərrux), “Kədərli zarafat” (Mirzəyev), xarici dramaturqlardan Antuan De Sent Ekzüperinin “Balaca şahzadə” (Təyyarəçi), N.V. Qoqolun “Evlənmə” (Jevakin), Jan Batist Molyerin “Skapenin kələkləri” (Jeront), Əziz Nesinin “Sən qara deyilsən” (Salsi), Tüncer Cücenoğlunun “Gözəlcələr” (Müştəri) və b. Tamaşaların adını çəkmək olar.
Novruz Cəfərov dramaturq kimi 10-a yaxın komediya yazmışdır. Onlardan; “Keçəlin sərgüzəşti”, “Uşaq oğruları”, “Şəkili+Ayrım=Şoutamaşa”, “Gecə yarısından sonra elçilik”, “Buna da şükür”, “Kədərli zarafat”, “Tənbəlin yuxusu”, “Qəribə lisey” , “İki dəlisovun məhəbbəti” və s... Bir komediyasına İzzət Əzizov tərəfindən “Müəmmalı yubiley” adlı bədii film çəkilmişdir.
Novruz Cəfərov rejissor kimi; Şəki DD teatrında Aleksandr Gelmanın “Hamılıqla təklikdə”, Əli Səmədovun “Əhmədin vəfalı xoruzu”, Novruz Cəfərovun “Gecə yarıdan sonra elçilik”, “Uşaq oğruları”, “Qəribə lisey”, Robert Tomanın “Tələ”, Əli Əmirlinin “Onun iki qabırğası”, A.S. Puşginin “Qaraçılar”, Firuz Mustafa nın “Tıxac”, Tüncer Cücenoğlunun “Gözəlçələr” və s. tamaşalara quruluş vermişdir.
2017-ci ildə Ağdam Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.[1][2]
9 may 2018-ci ildə[3], 10 may 2019-cu ildə[4] və 7 may 2020-ci ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.
Ailəlidir. İki övladı və beş nəvəsi var.
Ələddin Cəfərovun qardaşıdır.
Teatrda əsas rolları
- Komsomol poeması (Səməd Vurğun) — Bəxtiyar
- Aydın (Cəfər Cabbarlı) — Aydın
- İblis (Hüseyin Cavid) — Arif
- Knyaz (Hüseyin Cavid) — Anton
- Xoşbəxtlər (Sabit Rəhman) — Mirzə Qərənfil
- Toy (Sabit Rəhman) — Mirzə Hüseyn
- Aşnalar (Sabit Rəhman) — Mirzə Səməndərli
- Artıq adam (Bəxtiyar Vahabzadə) — Alxan
- Dar ağacı (Bəxtiyar Vahabzadə) — İbin Zeyd
- Təhminə və Zaur (Anar) — Zaur
- Şəhərin yay günləri (Anar) — qəssab Ağarəfi
- Adamın adamı (Anar) — Fənd Fərəc
- Poçt şöbəsində xəyal (Elçin) — Xəlil
- Bir saat xəlifə (Abdulla Şaiq) — Bəhlul Danəndə
- Vəziri xani Lənkaran (Mirzə Fətəli Axundzadə) — Hacı Saleh
- Hekayəti müsyo Jordan və dərviş Məstəli şah (Mirzə Fətəli Axundzadə) — Məstəli şah
- Pələng və Kaftar (Şandor Petefi) — Şaul
- Meteor (Fridrix Dyurrenmat) — Karl Koppe
- Böyük Teymurləng (Karl Marlon) — Texel
- Sən Qara deyilsən (Əziz Nesin) — Qara
- Toros canavarı (Əziz Nesin) — Nuru Əfəndi
- Çinari manifesti (Aleksandr Çxeidze) — Samson
- Duel (Mar Bayciyev) — İsgəndər
- Ustad və Marqarita (Mixail Bulqakov) — Ustad
- Ustalar (Vladislav Stoyanov) — Usta Nayden
- Artur Uinin karyerası (Bertolt Brext) — Cüzeppe Civola
- Adsız ulduz (Mixayıl Sebastiyan) — Marin Miroyu
Filmoqrafiya
- O dünyadan salam (film, 1991) — rol:
- Yük (film, 1995)
- Leyli və Məcnun (film, 1996)
- Koroğlu (film, 2003)
- Cavad xan (film, 2009)
- Çölçü (film, 2012) - rol: Xasay
- Xəlvətdə qalmış müdrik (film, 2014) — baş rol: Seyid Yəhya Bakuvi
- Səndən sonra (serial, 2014) - rol: Faiq
- Bir ovuc sonsuzluq (bədii film, 2015) - Türkiyə
- Ramazan payı (q.b.f, 2016)
- Son nəfəsədək (film, 2018)
- Qanlı Xocalı (q.b.f. 2019)
- Qarabağnamə (film) — rol: vəzir Molla Həsən
- Nisan (bədii film, 2022) - Türkiyə
- Yuxusuz gecə (q.b.f., 2022)
- Vətəndaş A (b.f., 2023)
- Yuxu kimi (s., 2023) - rol: Arif həkim
İstinadlar
- manera.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Manera.az. 03.10.2017. 2019-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- Kulis.az. "Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb" (az.). Kulis.lent.az. 03.10.2017. 2018-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
Xarici keçidlər
- "Novruz Cəfərov - Şəki Ensiklopediyası". shaki.info (az.). İstifadə tarixi: 2024-02-21.
- "İyirmi ildən sonra" Türkiyədə