Novoivanovka
Novoivanovka (keçmiş adları - Qarapapaq, Seyiddərəsi, Qərib Seyid) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Novoivanovka | |
---|---|
40°33′34″ şm. e. 45°32′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1834 |
Mərkəzin hündürlüyü | 1.391 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2129 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Novoivanovka (oyk.) - Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir.
Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada yurd salmış Q.F.İvanovun adını daşıyır. Onun başdaşında kəndi 1852-ci ildə həmin İvanovun salması barədə yazı var. Oykonim “İvanovun yeni kəndi” mənasındadır.[1]
Tarixi
Kənd əvvəllər Qarapapaq, Seyid dərəsi, Qərib Seyid adlarını daşımışdır. Kənddə 4-cü əsrdə tikilmiş 1600-il yaşı olan Ağkilsə adında tikili mövcuddur. Ağkilsə Gədəbəy rayonunun ən qədim tarixi abidəsi hesab olunur.
Novoivanovka Gədəbəydə sonucu sərhəd kəndidir. Burada Rus mədəniyyət mərkəzi yerləşir. 80-ci illərin sonlarında başlanan müharibə ilə burada məskunlaşan rusların (molokanların) çoxu kəndi tərk etmişdir. Hal-hazırda kənddə təqribən 18-23 molokan yaşayır. Əhalinin əksəriyyətini Ermənistandan bura köçmüş Azərbaycan türkləri təşkil edir.
Haqqında
Novoivanovka kəndi Gədəbəy rayonunda əsasən molokanların məskunlaşdığı 3 kənddən biridir. Paytaxt Bakıdan 400 kilometr qərbdə, dəniz səviyyəsindən 1391 metr hündürlükdə yerləşir və əhalisi 1668 nəfərdir. Kəndin ən hündür yeri dəniz səviyyəsindən 1606 metr hündürlükdə yerləşir. Kənddə 1 kvadrat kilometrə 70 nəfər düşür.
İqlimi kontinentaldır. Orta illik temperatur 7 °C-dir. Ən isti ayı avqust ayıdır, hansı ki, bu ayda orta aylıq temperatur 18 °C olur. Ən soyuq ayı isə yanvar ayıdır, ki bu aydı temperatur -6 °C olur. Orta illik yağıntı 736 millimetr təşkil edir. Ən çox yağıntı may ayında 104 mm, ən az yağıntı isə avqust ayında 23 mm düşür.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Görüntülər
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629