Nou-hau

Nou-hau (ing. know how — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri.

Ümumi məlumat

Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura pate[1] ntlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir.

Tətbiq praktikası

Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır.

Ədəbiyyat

  1. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
  2. Manual on Technology Transfer Negotiation, United Nations Industrial Development Organization (A Reference for Policy-makers and Practitioners on Technology Transfer), United Nations Industrial Development Organization, Vienna, Austria (1996) ISBN 92-1-106302-7
  3. Licensing Guide for Developing Countries, World Intellectual Property Organization (WIPO), Geneva, 1977, ISBN 92-805-0395-2
  4. Retrieved from "http://en.wikipedia.org/wiki/Knowhow"
  1. nou hau
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.