Norveçin dənizaşırı əraziləri

Norveçin dənizaşırı əraziləri — ölkənin beş ərazi mülkiyyəti mövcuddur ki, onunda üçü asılı ərazi (norv. Biland), ikisi isə inteqrasiya olunmuş ərazidir (norv. Andre deler av landet)[1].

Norveç və onun dənizaşırı ərazisi
Norveçin Dənizaşırı Əraziləri

Norveçin asılı əraziləri hüquqi mənada bu ölkənin Cənub yarımkürəsində yerləşən mülklər nəzərdə tutulur. Bu asılı ərazilər Atlantik okeanın cənubunda yerləşən vulkanik məşhəlli olan Buve adası (49 km²) və Cənub okeanının suları ilə yuyulan Kraliça Mod Torpağıında yerləşən 20° q. u. və 44°38’ q. u arasında yerləşən materik ərazisi, Bellinshauzen dənizi suları ilə yuyulan vulkan məşhəlli I Pyotr adasından ibarətdir[2].

Norveçin dənizaşırı ərazilərinə[3] daxil olan inteqrasiya olunmuş mülklər Şimal yarımkürəsində olanlardır. Bu Norveç dənizində yerləşən vulkanik məşhəlli Yan Mayen adasından (377 km²) və Şimal Buzlu okeanda yerləşən Şpisbergen arxipelaqından (Ayı adasıda daxildir) ibarətdir.

İdarə

Norveçin sahib olduğu heç bir dənizaşırı ərazilər ölkənin inzibati bölgüsünə daxil deyildir. Belə ki, onlar nə vilayət nədə kammuna statusu almamışdır. Asılı ərazilər Norveç krallığının tərkib hissəsi olmasada, onun ərazi bütövlüyünü təşkil edir[2]. Bu o anlam daşıyır ki, həmin ərazilər Norveç Konstitutsiyasının birinci maddəsini pozmadan güzəştə gedilə bilər. İnzibati cəhətdən Osloda yerləşən Norveçin Daxili İşlər Nazirliyinin qütb işləri üzrə departamenti tərəfindən idarə edilir[4]. Onlara mülki və məhkəmə qanuvericiliyi, ekoloji normalar tətbiq edilir. Burada atom yanacağının saxlanması və digər istifadəsi qadağandır[2] .

I Pyotr adası və Kraliça Mod Torpağı 60 °C. e. aşağıda yerləşdiyindən ona olan iddialar dondurulmuşdur[5]. Bu konvensiyaya həmcinində Norveç imza atmışdır. Ancaq subantarktika qurşaqda yerləşən Buve adası isə Antarktika haqqında konvensiyanın həzərdə tutduğu ərazidən kənarda yerləşir.

Beynəlxalq standlaşdırmsya görə inteqrasiya olunmuş ərazilər[6] "Şpisbergen və Yan-Mayen"[3] adı altında birləşdirilmişdir. Beynəlxalq standartlaşdırma və BMT Statistika bölməsi ərazinin milli internet domeni olaraq .sj qəbul etmişdir. Ancaq inzibati cəhətdən bu ərazilər bir-biri ilə əlaqəli deyildir. Yan-Mayen Nurlann[7] quberniyasına tabedir. Şpisbergenin statusu isə (norv. Sysselmannen på Svalbard)[8] xüsusi siyasi statusa malikdir. Şpisbergenin statusu ölkə daxilində 1925-ci ildə təsdiqlənmiş "Şpisbergenin sratusu haqqında qanunla", beynəlxalq səviyyədə isə Şpisbergen traktatı (1920) ilə müəyyənləşdirilmişdir.

Bu beynəlxalq müqaviləyə görə arxipelaq Norveçin ərazi bütövlüyünü təşkil etsədə silahsızlaşdırılmış zonadır. Üstəlik bu ərazilərin təbii ehtiyyalarından tərəflər bərabər ssəviyyədə istifadə edə bilərlər. Mövcud maddə həmcinim məhəlli sularınada şamil edilir[9]. Hazırda bu hüquqlardan Norveç və Rusiya yararlanır[8] (1995-ci il məlumatına görə rusların sayı norveçlilərin sayını keçmişdir). Yan-Mayendən fərqli olaraq Şengen zonasına, Avropa İqtisadi zonasına daxil deyildir[10].

Asılı ərazilər

Bayraq Ərazinin adı Region İl
əldə edilmə
e-domen Paytaxt Əhali,
nəf.
Sahə,[11]
km²
Asılı ərazilər
Kraliça Mod Torpağı¹Atlantika1939¹.aq, .no(Troll)402700000
Buve adasıAtlantik okean1928.bv049
I Pyotr adası¹Sakit okean1931¹.aq0156
Şpisbergen və Yan-Mayen
Şpisbergen²Arktika1920².sj, .noLonqyirbyuen269861022
Yan MayenAtlantika1929.sj18377
¹ Antarktida haqqında konvensiyaya əsasən beynəlxalq təşkilatlar tərəfindən tanınmır.
² Şpisbergen traktatına əsasən müəyyənləşir.

Əldə edilmə tarixi

XX əsrin əvvələrində Norveçdə milli özünü dərkin ən üst səviyyəsi müşahidə edilirdi. 1905-ci ildə Norveç tarixində ilk dəfə olaraq 1905-ci ildə referendum həyata keçirilir. Bununlada Norveç İsveçdən ayrılaraq müstəqil krallığa çerilir. Danimarka şahzadəsi Karl, VII Haakon adını qəbul edərək Norveç taxtına oturur. Gənc xalq dövlət rəmzləri və siyasət ilə əlaqədar adımlara ehtiyac duyurdu.[12]. Bu adımmlardan biri norveç ekspasionizmi olmuşdur. Ancaq dövlət müstəqilliyinin əldə edilməsinə qədər bütün düyna demək olar ki bölünmüşdür[13].

Norveç xəritəsi

Asılı ərazilər

Buve adası dünyanın quru sahələrindən ən uzaqda yerləşən quru parçasından biridir (Pasxa adasıTristan-da-Kunya adaları). Yan almaq üçün lverişli sahəyə malik olmaması səbəbindən indiyənə kimi heç kəs onun ərazisində qışlamamışdır. İlk uzun müddətli dayanacaq kimi istifadə edilməsi isə kəşf edilməyindən 100 il sonraya 1927-ci ilə təsadüf edir. Bu zaman "Norveç" gəmisinin kapitanı Lars Kristensen adaya yan alaraq orada bir ay qalır və adanı Norveçin mülkiyyəti elan edir.

VII Hakonun qərarı ilə 1928-ci idə Buve Norveçin ərazisi elan edilir. 1929–1930-cu illərdə Böyük Britaniya Buve adasına olan iddiasından imtina edir. 1930-cu ildə I Pyotr, Buve adaları və Antarktida sahillərində yerləşən ərazilərin Norveçin asılı əraziləri elan edilir[14].

1938-ci ildə Norveç Kraliça Mod Torpağı üzərində mülkiyyət hüququnu irəli sürür. Bu 14 yanvar 1939-cu ildə fərmanla təstiqlənir. Yaradılan "Buve adası sektoru" 20° q. u. və 44°38’ ş. u. arasında yerləşirdi. Bu fərmanda deyilirdi[15]: Materikin sahil bölgəsi, Folklend adaları ərazisindən başlayaraq Avstraliyanın Antarktika ərazisinə qədər uzanır. Üstəlik sahil zonazinda yerləşən dəniz suları Norveçin ərazisinə daxil edilir. Maraqlı cəhət ondadır ki, norveçin antarktika ərazilərinin cənub və şimal sərhədi müəyyənləşdirilməmiş olaraq qalır[16]. Bu səbəbədən coğrafi xəritələrdə bu hissələr dalğavarı olaraq göstərilir.

İnteqrasiya olunmuş ərazilər

Norveç yazılarında Şpisbergenin adı 1194-ci ildə çəkilir. Ancaq norveçlərin orada görünməsi XVIII əsrə[8] təsadüf edir. Balina ovu və dəri istehsalının zəyifləməsi ilə əlaqədar tamamən tərk edilir[8]. Dünya güçlərinin adalara marağı XIX əsrdən başlayır. Bu isə qütb turizmi, qütb aviasiyası və kömür sənayesindən irəli gəlirdi. Kömür hasilatı ilə əlaqədar burada yeni yaşayış məntəqələri qurulur. 1920-ci ildə ərazi Norveçin ərazi bütövlüyü elan edilir. 1925-ci ildə Şpisbergen rəsmən Norveç krallığının ərazisi hesab edilir[8].

Norveçdən 1000 km qərbdə yerləşən tənha ada XX əsrdən norveçlilərin ov məskəni rolunu oynayır. Ərazinin Norveçin hüquqi nəzarətinə verilməsi isə Millətlər Liqasının qərarı ilə həyata keçirilir. 1921-ci ildə adada ilk meteoloji stansiya açılır. 1922-cibildə isə adanı tam nəzarətinə alır. 1930-cu ildı rəsmi olaraq ada Norveç Krallığının ərazisi elan edilir[17].

Ərazi iddiaları

Sverdrup adası

Norveç arktika ekspedisiyası (1898—1902) başda Otto Sverdrup Kanada Arktik arxipelaqına daxil olan ərazidə bir çox adaları kəşf etmişdir. Xüsusi ilə Sverdrup adaları onlar arasında ən böyüyü olmuşdur. Adalar kəşf edilərkən Norveç adaların onun ərazisi olmasını elan edir. Ancaq bölgə Böyük Britaniyanın dominyonu olan Kananın Arktika sektoru elan edilmişdi.

Norveçin Danimarka torpağı olan Qrenlandiyaya 1931–1933 illər ərazi iddiası

İlk əvvəllər Norveç bu ərazilərə maraq göstərməsədə sonradan arktikadakı adaların Yan-Mayen və Buve adaları ilə dəyişdirilməsini nəzərdə tutan hüquqi çərçivədə danışıqlar aparılır. Bu iş 2 il davam edir[18][19].

Nəticədə 1930-ci ilin noyabrında Norveç arktikadakı adalar üzərində Kanadanın hüquqlarını tanıyır[20]. Əvəzində isə Britaniya Norveçin digər ərazi iddialarını tanıyırdı[19]. Sonuncu sənən isə Otto Sverdrupun ölümündən iki həftə öncə imzalanmışdır.

Sarışın Erik Torpağı

Digər ərazi iddiası isə 1920-ci illərdə Danimarkanın sahib olduğu Qrenlandiyanın şərq hissəsinə irəli sürükürdü. Belə bir fakt ortaya qoyulurdu ki, burada ilk yaşayış məntəqəsini Kürən Erik hələ X əsrdə qurmuşdur. 1924-cü ildə Danimarka Norveçin bölgədə ov etməsi və elmi məqsədlərlə iş görməsi hüququnu təstiqləyir[21][22].

Ancaq 1931-ci ildə qrenlandiyanın Miqbukta qəsəbəsində Norveç bayrağı qaldırılır. Bir ay sonra Norveç buranı işğal edərək Şərqi Qrenlandiyada asılı Kürən Erik Torpağını[22] qurur. Sonradan məsələ Millətlər Liqasında qaldırılır. 1933-cü ildə proses Norveçin əlehinə bitir[23]. Ərazi Danimarkaya qaytarılır.

Fritof Nansen Topağı

Norveç qütb ekspedisiyası (1893–1896) başda Frityof Nansen "Fram" gəmisində Frans-İosif Torpağına gəlir. O, elə düşünürdü ki, bu topaqların ardının Şimal qütbünü keçərək Qrenlandiya ilə birləşdiyini düşünürdü. Ancaq o bu fikirin yanlış olduğunu təstiqləyie[24].

Bölgə Norveçin ərazisi olması[13] fikiri irəli sürülsədə heç bir dövlət rəsmən ərazi iddiası irəli sürməmişdir[25][26]. 1926-cı ildə SSRİ ərazini tam nızarətinə alır[27].

Bu fakt 1920-cinillər ərzində mübahisə predmeti olaraq qalırdı. Norveçin ərazini nəzarətinə almaq və arxipelaqın "Fritof Nansen Torpağı" adlandırması cəhdi bir nəticə vermir. Rusiya imperiyasından fərqli olaraq SSRİ 1929-cu ildı Otto Şmidtin rəhbərliyi ilə təşkil etdiyi ekspedisiya zamanı Quker adasına SSRİ bayrağını sancaraq adaları SSRİ ərazisi elan edir[28].

Buve adası sektoru

Norveçin Kraliça Mod Torpağı, I Pyotr və Buve adalarını öz ərazisi elan etməsi SSRİABŞ[14] kimi dövlətlərin etirazına səbəb olurdu. 1939-cu ilin yanvarında Norveçə verilən notada Buve və I Pyotr adalarının Norveçin ərazisi elan edilməsi ilə əlaqədar olmuşdur[29].

Bu zaman SSRİ Norveçin Buve Sektoruna[30] iddiasını qanunsuz elan edir. Üstəlik SSRİ Antarktidanın ruslar tərəfindən kəşf edilməsini əsas gətirərək öz iddiasını irəli sürmüşdür[30][31]. Ancaq asılı ərazi statusu 1957-ci qanunvericiliyi ilə möhkəmlənir[32].

SSRİ özüdə bu iddiasından əlçəməməsinə baxmayaraq Antarktida haqqında konvensiyaya görə bütün iddialar dondurulduğundan, yalnız Buve Norveçin ərazisi olaraq təstiqlənir.

1941 il xəritəsi, Yeni Şvabiya Almaniya ərazisi olaraq göstərilir

Yeni Şvabiya

1939 ilin yanvarında Almaniya Antarktidaya Alferd Riçerin başçılığı ilə ekspedisiya göndərir. "Şvabiya" gəmisində gələn ekspedisiya 4°50' və 16°30' q. u.[33] arasında yerləşən bölgəni Yeni Şvabiya adlandıraraq, bölgəyə ərazi iddiası irəli sürür.

Kral VII Hakonun fərmanından sonra, Almaniyada eyni bölgəyə ərazi iddiası irəli sürür[34]. Bu zaman "Şvabiya" gəmisində olan amfibiya təyyarələri bölgənin şəklini çəkir. Onlar hər 25–30 kilometrdən bir xüsusi işarələr qoyurlar. 15 aydan sonra Üçüncü Reyx Norveçi işğal edir. Almaniyanın kapitulyasiyasına qədər bölgə onun nəzarətində olmuşdur.

Şpisbergen Kondominiumu

1924-ci ildə SSRİ Norveçin Şpisbergen üzərində hüquqlarını tanıyır[35]. 1935-ci ildə SSRİ Şpusbergen traktatına qoşulur. Ancaq 12 noyabr 1944-ci ildə Norveçin Alman qoşunlarından təmizlənməsindən sonra SSRİ arxipelaqa olan iddiasını irəli sürür.

SSRİ[36] ikili kondominium yaratmağı təklif edir. SSRİ Ayı adasının ona verilməsini istəyir. 9 aprel 1945-ci ildə güzəştə getməli olur. Onlar hər ikisi adaların müdafiəsini birgə həyata keçirməyi razılaşdırır[36].

Sonradan bu məsələ öz ardıcılığını tapmır[36] ancaq Norveç SSRİ-nin iqtisadi marağını tanıdığını[37] bildirmişdir.

Keçmiş dənizaşırı ərazisi

Norveç, Şimali AvropaQrenlandiya. Jirolamo Ruşellinin xəritəsi (1599)

IX əsrdən XV əsrin ortalarına qədər vikinqlər Şimali Avropada yerləşən bir çox adaları öz nəzarətində saxlayırdılar. O zamanlar Norveç Hebrid adalarıMen adası, Şetland adaları, Orkney adaları, Farer adalarına sahib olmuşdur. Onların hətta Qrenlandiya, Şotlandiyaİrlandiya sahillərində yaşayış məntəqələri olmuşdur. Üstəlik bu tip yaşayış məntəqələrinin qalıqlarına NyufaundlendLabrador yarımadası sahillərində belə rast gəlinir[38].

Ancaq 1319-ci ildə Norveç krallığı müstəqilliyini itirir. Britaniya adalarındakı mülklər XV əsrdən itirilmişdir. İslandiya, QrenlandiyaFarer adaları Kil anlaşmasına görə Danimarkaya verilmişdir[39].

İstinadlar

  1. Osmanczyk, E.; Mango, A. Encyclopedia of the United Nations and International Agreements Arxivləşdirilib 2014-11-06 at the Wayback Machine // Vol. 1, A—F. 3rd edition. — Routledge, 2003. — P. 762 — ISBN 0415939216
  2. "Lov om Bouvet-øya, Peter I's øy og Dronning Maud Land m.m. (bilandsloven)". Lovdata. 2013-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15. (norv.)
  3. Arlov, Thor B. A short history of Svalbard. Oslo: Norwegian Polar Institute. 1994. səh. 68. ISBN 82-90307-55-1. 2020-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15. (ing.)
  4. "Polar Affairs Department". Norwegian Ministry of the Environment. 2011-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15. (ing.)
  5. "Forutsetninger for Antarktistraktaten: Antarktistraktaten". Norsk Polarhistorie. 2009. 2014-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  6. 2. Objectives and instruments of Norwegian policy towards Svalbard // Report No. 9 to the Storting (1999-2000): Svalbard. Norwegian Ministry of Justice and the Police. 29 October 1999. 2 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2016. (ing.)
  7. "Jan Mayen". Всемирная книга фактов ЦРУ. ЦРУ. 2012-02-08 tarixində orijinalından arxivləşdirilib. (ing.)
  8. Şpisbergen a. Tarix. — Rusiyanın Osloda yerləşən səfirliyinin rəsmi saytı.
  9. Şpisbergen traktatının tam mətni Arxivləşdirilib 2016-01-13 at the Wayback Machine lovdata.no saytında (ing.) (fr.)
  10. "Lov om gjennomføring i norsk rett av hoveddelen i avtale om Det europeiske økonomiske samarbeidsområde (EØS) m.v. (EØS-loven)". Lovdata. 10 August 2007. 10 December 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2016.
  11. "Statistical Yearbook of Norway 2012, Table 19: Total area, distribution of area and length of coastline, by county. 2011" (ingilis). 2013-09-30 tarixində arxivləşdirilib.
  12. Ристе, У. История внешней политики Норвегии. — М.: Изд. "Весь мир", 2003. — ISBN 5-7777-0280-5.
  13. Саннес Т. Б. ""Фрам": приключения полярных экспедиций / Пер. с нем. А. Л. Маковкина. — Л.: Судостроение, 1991. — ISBN 5-7355-0120-8.
  14. А. Fenenko Beynəlxalq mühit ümumi hühitin formalaşmasında Arxivləşdirilib 2012-03-24 at the Wayback Machine. — Prespektivlır.
  15. Hince, B. The Antarctic dictionary: a complete guide to Antarctic English. CSIRO. 2000. ISBN 978-0-9577471-1-1. 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  16. "Dronning Maud Land". Norwegian Polar Institute. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15. (ing.)
  17. Rigge, S. War in the Outposts. — Alexandria, Virginia: Time-Life Books, 1980. — pp. 24–25.
  18. Thorleifsson, T. Bi-polar international diplomacy: The Sverdrup Islands question, 1902–1930 Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine. — Master of Arts Thesis, Simon Fraser University, 2004. (ing.)
  19. Norsk polarhelt ville bli hemmelig agent Arxivləşdirilib 2008-03-29 at the Wayback Machine. — Aftenposten.no, 19 aprel 2007 il.
  20. Berton, P. The Arctic Grail: The Quest for the North West Passage and the North Pole. — Toronto: Random House of Canada Ltd., 1988. — P. 629. — ISBN 0670824917
  21. Ole Magnus Rapp Da Norge plantet flagget på Grønland Arxivləşdirilib 2006-08-12 at the Wayback Machine. — Aftenposten, 19 oktyabr 2011 il.
  22. Legal Status of Eastern Greenland Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine, PCIJ Series A/B No. 53 (1933) (ing.) (fr.)
  23. Beynəlxalq məhkəmənin qərarı Arxivləşdirilib 2006-03-17 at the Wayback Machine Millətlər Liqası, 1933. (ing.)
  24. 1
  25. Rusiya və Norveç: qarşılıqlı güzəşt. — Нефть России, № 5, май 2003 года.
  26. История исследований и люди науки. З. Ф. И. Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine — Первое сентября. География, № 10, 2009 год.
  27. Муров, М. Записки полярника Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine. — L: Лениздат, 1971. — С. 220.
  28. Корякин, В. Отто Шмидт. — M. Вече, 2011. — С. 416. — (Великие исторические персоны). — ISBN 978-5-9533-5770-8
  29. V. V. Lukinin müsahibəsi Arxivləşdirilib 2014-07-25 at the Wayback Machine. — "Elm və Həyat".
  30. Историческая справка Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. — официальный сайт Российская антарктической экспедиции.
  31. SSRİ və Antarktika Arxivləşdirilib 2014-07-25 at the Wayback Machine.
  32. Ørvoll, Oddveig Øien. "Kartlegginga av Antarktis: Internasjonale avtaler" (norveç). Norwegian Polar Institute. 2013-07-19 tarixində arxivləşdirilib.
  33. "Историческая справка — РАЭ". 2017-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  34. "Наиболее известные антарктические экспедиции — Антарктида — Материки — История географических открытий". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-15.
  35. Малахов, А. Остров преткновения Arxivləşdirilib 2014-10-31 at the Wayback Machine. — "Коммерсантъ Деньги", № 19, стр. 79. — 19 мая 2003 года.
  36. Комаров, А. Окончание Второй мировой войны и советские интересы в Финляндии и Норвегии (1944–1947) Arxivləşdirilib 2014-10-31 at the Wayback Machine. // Тезисы доклада на XIII Международной конференции по изучению истории, экономики, литературы и языка скандинавских стран и Финляндии. — Петрозаводск, ПетрГУ, 10–14 сентября 1997 года.
  37. Рогозин о недовольстве норвежского МИД: после драки кулаками не машут Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine. — РИА "Новости", 19 апреля 2015 года.
  38. Vikings: The North Atlantic Saga Arxivləşdirilib 2012-01-24 at the Wayback Machine. — National Museum of Natural History, Arctic Studies Center. (ing.)
  39. Могунова, М. Вводная статья. // Конституции государств Европы. Конституция Королевства Норвегия от 17 мая 1814 года. / под ред. Л. А. Окунькова. — М.: Норма, 2001. — Т. 1, 2.

Ədəbiyyat

  • Нансен, Ф. "Фрам" в Полярном море / Пер. З. Лопухиной. — M: Географгиз, 1956.
  • Ристе, У. История внешней политики Норвегии. — M: Изд. "Весь мир", 2003. — ISBN 5-7777-0280-5.
  • Саннес, Т. "Фрам": приключения полярных экспедиций / Пер. с нем. А. Л. Маковкина. — L: Судостроение, 1991. — ISBN 5-7355-0120-8.
  • Arlov Thor B. A short history of Svalbard. — Oslo: Norwegian Polar Institute, 1994. — ISBN 82-90307-55-1.
  • Berton, P. The Arctic Grail: The Quest for the North West Passage and the North Pole. — Toronto: Random House of Canada Ltd., 1988. — ISBN 0670824917.
  • Rigge, S. War in the Outposts. — Alexandria, Virginia: Time Life Education, 1980. — ISBN 978-0809433810.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.