Norveçdə terror aktları (2011)

Norveçdə terror aktları (ing. 2011 Norway attacks) — 2011-ci ilin 22 iyul yerli vaxtla saat 15:25[1] tarixində Norveçin paytaxtı Oslo şəhərində ard-arda baş vermiş iki terror aktı. Bu terror aktı Norveçdə İkinci dünya müharibəsindən sonra baş vermiş ən böyük insan itkisinə səbəb olmuş hadisədir. Hadisə iki ayrı ərazidə baş vermişdir. Terror aktları paytaxt Osloda və hakim partiyanın gənclik düşərgəsinin yerləşdiyi Utoya adasında baş vermişdir. Terror akt nəticəsində Osloda 8 nəfər,[2] Utoya adasında isə 69 nəfər[3][4] həlak olmuşdur. Hadisə nəticəsinə çoxlu sayda insan yaralanmışdı. Dəqiq məlumata görə Osloda 30, Utoya adasında isə 66 nəfər yaralanmışdı.[5][6]

terror aktlarından dərhal sonra Oslo şəhərindən görünüş
Hadisədən 30 dəqiqə sonra.

Utoya adasında silahlı hücüm

Paytaxt Osloda nazirlik binasının partladılmasından sonra, Oslodan 120 km kənarda yerləşən Utoya adasında dəhşətli olay baş verdi. Hakimiyyətdə olan Əmək Partiyasının gənclik düşərgəsi Utoya adasında yerləşirdi. Adada terror aktını törədilməsində Anders Berinq Breyvik təqsirləndirilir[7].O, özünü xristian, mühafizəkar və millətçi hesab edir.[8] Utoya adasında baş vermiş terror aktını Anders Berinq Breyvik şəxsən törətdiyni etiraf etmişdir.[9] Anders Berinq Breyvik internetdə olan nasist forumlarında hadisədən əvvəl çox aktiv olduğu məlumdur. O yerli mason lojalarının birinində üzvü olmuşdur. Norveçə gələn müsəlman miqrantlara qarşı olan Brevik onların Norveçin genfonduna zərər verdiyini forumlarda daim qeyd edirdi.[10] Norveç polis idarəsinin verdiyi məlumata əsasən Anders Berinq Breyvik terror aktını 2009-cu ildən hazırladığı məlum olmuşdur.[11][12]

İstinadlar

  1. "At least 92 killed in shootings and bomb blast in Norway". NO: VG. 22 July 2011. 5 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2011.
  2. "Police scale down: 68 killed in Utøya" (Norwegian). VG Nett. 25 July 2011. 14 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2011.
  3. "Terrorofrene på Utøya og i Oslo". Verdens Gang (Norwegian). Schibsted ASA. 9 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2011.
  4. "Navn på alle terrorofre offentliggjort". Verdens Gang (Norwegian). Schibsted ASA. 29 July 2011. 23 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2011.
  5. "Politiet nedjusterer: 68 drept på Utøya" (Norwegian). VG Nett. 24 July 2011. 7 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2011. Google translation Arxivləşdirilib 2020-05-26 at the Wayback Machine
  6. "En av de sårede fra Utøya døde på Ullevål sykehus" (Norwegian). Dagbladet. 24 July 2011. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2011.
  7. "Han står også oppført som medlem av Johannes-losjen Søilene i TV 2s oversikt over frimurerlosjen.", fra "Anders Behring Breivik (32) i Oslo ble pågrepet etter bombe og massedrap" Arxivləşdirilib 2014-10-20 at the Wayback Machine, artikkel på nettsidene til TV2, 23. juli 2011
  8. "Man held after Norway attacks right-wing extremist: report". Reuters. 22 July 2011. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 July 2011.
  9. Skevik, Erlend; Jørstad, Atle; Stormoen, Stein-Erik. "Storberget: – Den pågrepne er norsk". VG Nett (Norwegian). NO. 22 July 2011. 5 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2011.
  10. Clive Williams. "Deadly, cruel lesson from Norway". The Australian. 26 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2011.
  11. "Oslo Suspect Cultivated Parallel Life to Disguise 'Martyrdom Operation'". 24 July 2011. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2011.
  12. "2083 – A European Declaration of Independence" (PDF). 24 July 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 July 2011.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.