Norveçdə təhsil
Norveçdə təhsil 6-16 yaşlı uşaqlar üçün icbaridir.
Ali təhsil
Norveçdə altı universitet, altı ixtisaslaşmış institut, 25 institut, iki dövlət incəsənət institutu və 29 özəl ali məktəb vardır. 2005-ci il məlumatına görə ali məktəblərdə 211 min tələbə təhsil alır.[1]
Əsas universitetləri bunlardır:
- Bergen Kafedral Məktəbi (norv. Bergen Katedralskole, lat. Scholae Bergensis Cathedralis) — Bergen şəhərində Domkirke kilsəsi yaxınlığında yerləşir və 400 tələbəsi vardır.
- Bergen Universiteti (norv. Universitetet i Bergen) — 1946-cı ildə yaradılıb. Altı fakültəsi vardır.
- Norveç Təbiət və Texniki Elmlər Universiteti. (norv. Norges teknisk-naturvitenskapelige universitet, NTNU) — Norveçin tələbə sayına görə ikinci universitetidir. Tronxeyme şəhərində yerləşir.
- Tromsye Universiteti (norv. Universitetet i Tromsø, qısa şəkildə UiT (əvvəl UiTø)) — Tromsye şəhərində yerləşir.Dünyanın ən çimal universiteti sayılır.
- Oslo Universiteti (norv. Universitetet i Oslo) — Norveçin ən qədim və böyük universiteti. Osloda yerləşir. 1811-ci ildə təsis edilib. İndiki adını 1839-cu ildə alıb.[2]
Həmçinin bax
- Norveç universitetlərinin siyahısı
İstinadlar
- "orge.ru – education". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-04.
- "Oslo Universiteti". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.