Norveç cərəyanı
Norveç cərəyanı və ya Norveç axını[1] — Norveç dənizindən keçən isti cərəyan. Cərəyan 50–100 metr dərinliklə hərəkət edir.
Norveç cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Şimal Buzlu okean |
Tip | İsti |
Duzluluğu | 34-35 ‰ |
Cərəyan Şimali Atlantika cərəyanının davamını təşkil edir. Suyunun duzluğu 34–35 ‰-dir. Suyunun temperaturu yayda +10…+12 °C, qışda isə +5…+7 °C olur. Sürəti 30 sm/s təşkil edir. İqlimi Skandinaviyaya uyğundur. Norveç cərəyanının qolları isə Nordkap və Şpitsbergen cərəyanlarıdır. Cərəyanların ayrılması 67° şm. e. 3° ş. u. nöqtəsində baş verir.
Mənbə
İstinadlar
- Норвеч ахыны // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 293.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.