Norveç Coğrafiya Cəmiyyəti
Norveç Coğrafiya Cəmiyyəti (norv. Det norske geografiske Selskab) — Norveç Krallığının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Oslo şəhərində yerləşir.
Norveç Coğrafiya Cəmiyyəti | |
---|---|
norv. Det norske geografiske Selskab | |
Növü | ictimai təşkilat |
Yaranma tarixi | 1889 |
Rəsmi dili | Norveç |
Mərkəzi | Norveç |
geografisk.no |
Tarixi
Cəmiyyətin əsası elmi təşkilat kimi 1889-cu ildə qoyulmuşdur[1].
Cəmiyyətin yaradılmasının təşəbbüskarlardan biri olan geoloq Hans Henrik Reuş 1898-ci ildən 1903-cü ilə qədər cəmiyyəti idarə etmiş, 1907-ci ildən 1909-cu ilə qədər cəmiyyətin fəxri üzvü olmuşdur[2].
Fəaliyyəti
Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir.
Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur. Əsas nəşri 1926-cı ildən bəri çap olunan "Norveç Coğrafiya Jurnalı"dır[1].
Həmçinin bax
İstinadlar
- Henriksen, Petter, redaktor Geografiske selskaper // Store norske leksikon (Norwegian). Oslo: Kunnskapsforlaget. 2007. 27 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2009.
- Bryhni, Inge. Hans Henrik Reusch // Knut Helle (redaktor ). Norsk biografisk leksikon (Norwegian). Oslo: Kunnskapsforlaget. 25 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2009.
Xarici keçidlər
- geografisk.no — Norveç Coğrafiya Cəmiyyətinin rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.