Northrop T-38 Talon
Northrop T-38 Talon, ABŞ-nin Northrop Corporation şirkəti tərəfindən istehsal edilmiş olan reaktiv mühərrikli təlim təyyarəsidir. İlk uçuşunu 10 mart 1959-cu ildə etmişdir. 1961-ci ildə xidmətə qəbul edilmiş və hal-hazırda da aktiv şəkildə istifadə olunur. 1961–1972-ci illər arasında 1187 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 756.000 ABŞ dolları təşkil edir.
Northrop T-38 Talon | |
---|---|
İstehsalçı | Northrop Corporation |
İlk uçuş | 10 mart 1959 |
İstismara verilmə tarixi | 17 mart 1961 |
İstismarçılar | |
Buraxılış sayı | 1.187 |
Vikianbarda əlaqəli mediafayllar |
1961-ci ildən 1972-ci ilə qədər istehsal olunan T-38 təlim təyyarələri 21-ci əsrin texnologiyası ilə ayaqlaşmaq üçün bəzi modernizasiya edilirlər. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən 68 ədəd T-38 ARI programı əsasında TUSAŞ tərəfindən modernizasiya ediləcəkdir.[1][2]
T-38A “Talon”, iki mühərrikli yüksək hündürlüklü bir səsdən iti sürət ilə uçan təlim təyyarəsidir. T-38 qanadlarının ön tərəfi geriyə doğru əyilmiş vəziyyətdədir və gövdəsi aerodinamik quruluşa malikdir. Bu təyyarədə müəllim pilot və tələbə pilot ardıcıl olaraq bir-birinin arxasında katapult ilə təchiz edilmiş olan oturacaqlarda oturaraq kondisionerli bir pilot kabinəsində işləyirlər. Kritik komponentlər bel səviyyəsindədir və texniki heyət tərəfindən asanlıqla əldə edilə bilər. T-38, yüksək səviyyədə işləmə qabiliyyətli və baxılması asan, son dərəcə qənaətcil və eyni zamanda çox yüksək etibarlılıq səviyyəsinə sahib bir təyyarədir. Bu keyfiyyətlərinə görə bir çox müttəfiq ölkələr tərəfindən bəyənilmişdir.
T-38 695 metrə qədər olan qısa uçuş-enmə zolaqlarından havaya qalxır və bir dəqiqədə 9000 metrə kimi hündürlüyə çata bilər. Tələbə pilotlar T-38-də səssiz uçuş texnikası, akrobatika, qol uçuşu, gecə və alət uçuşu təlimi alırlar. Bu günə qədər 60 mindən çox pilot döş nişanlarını bu təyyarədə qazanmışdır.
“Talon” ilk uçuşunu 1959-cu ildə reallaşdırmışdır və 1961-ci ildən istehsalının başa çatdığı 1972-ci ilə qədər 1100-dən çox T-38 ABŞ Hərbi Hava Qüvvələrinə (USAF) çatdırılmışdır.
“Pacer Classic” adlı bir proqram T-38-lərin ömrünü gövdə dözümlülüyü baxımından 2020-ci ilə qədər uzatmaq üçün tətbiq edilmişdir. Bundan əlavə, avionikada düzəlişlər edilməklə, bütün T-38-lər T-38C tipinə çevriləcəkdir.
İstifadəçilər
- Almaniya
- Alman Hərbi Hava Qüvvələri (35 ədəd)
- ABŞ
- Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri (459 ədəd)
- ABŞ Hərbi Donanması (10 ədəd)
- NASA (32 ədəd)
- Cənubi Koreya
- Cənubi Koreya Hərbi Hava Qüvvələri (1999-cu ilə kimi istifadə edilmişdir. Yerlərini Suxoy Su-57 hərbi təyyarələrinə buraxmışdır.)
- Portuqaliya
- Tayvan
- Tayvan Hərbi Hava Qüvvələri (40 ədəd)
- Türkiyə
- Türk Hava Qüvvələri (88 ədəd)
T-38A xüsusiyyətləri
- Ekipaj: 2
- Mühərrik: 2 ədəd General Electric J85-GE-5 (afterburnerli)
- İtələmə gücü: 12,91 kN/ea.
- Qanad uzunluğu: 7,60 m
- Uzunluğu: 14,0 m
- Hündürlük: 3,8 m
- Sürəti: 1,340 km/saat (Mach 1,08 Dəniz səviyyəsində)
- Xidmət tavanı: 16,500 m-dən çox
- Maksimum uçuş çəkisi: 5,670 kq
- Mənzili: 1,650 km.
T-38B silah daşıya bilir, tək pilotludur.
İstinadlar
- "TAI - T-38 Aviyonik Modernizasyon (ARI)". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-21.
- T.C. MSB Savunma Sanayii Müsteşarlığı - T-38 Modernizasyonu Arxivləşdirilib 2011-08-15 at the Wayback Machine (ing.)