North American X-15

X-15 A, çox yüksək hündürlüklərdə işləyə bilən, pilotlu, raketlə işləyən, hipersonik bir tədqiqat vasitəsidir. Bu vasitə; Boeing B-52 Stratofortress təyyarəsindən havada buraxılır və eniş nöqtəsinə göndərilir. Onun sürəti təqribən 6.7 Max (7200 km/saat) təşkil edir. NASA, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Dəniz QüvvələriNorth American Aviation aviasiya şirkətinin birgə proqramı nəticəsində çox yüksək sürətlə və çox yüksək yüksəkliklərdə insan və maddi amillər haqqında məlumat toplamaq üçün hazırlanmışdır. İlk uçuşunu 8 iyun 1959-cu ildə (B-52 daşıyıcı təyyarəsindən buraxılıb süzülərək) motorsuz etdi və motorlu olaraq ilk uçuşunu 17 sentyabr 1959-cu ildə həyata keçirmişdir. Cəmi 3 ədəd istehsal edilən bu təyyarə 22 avqust 1963-cü ildə yerdən 107 kilometr yüksəklikdə uçaraq hündürlük; 3 oktyabr 1967-ci ildə səs sürətini 6,7 dəfə (7200 km/ saat) üstələyərək sürət rekordlarını qırmışdır. 2004-cü ildə onun rekordunu NASA X-43 təzələmişdir.

North American X-15
Tipi Aviasiya kəşfiyyatı üsulu[d]
İstehsalçı North American Aviation
İlk uçuş 8 iyun 1959
İstismara verilmə tarixi 17 sentyabr 1959
İstimarının bitmə tarixi dekabr 1968
İstismarçılar
Buraxılış sayı 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

X-15 proqramı, Gemini layihəsi, Merkuri layihəsi, Apollon proqramı və kosmik servis kimi idarə olunan kosmik uçuş proqramları üçün hipersonik hava axını, aerodinamik istiləşmə, hipersonik sürətdə nəzarət və sabitlik, atmosferə nəzarət kimi mövzularda çox əhəmiyyətli məlumatlar verdi. Proqram 24 oktyabr 1968-ci ildə son uçuşu ilə başa çatdı. Təyyarəni idarə etmiş 12 pilot arasında Neil Armstrong kimi astronavtlar olmuşdur.

X-15 bir B-52 tərəfindən daşınarkən
X-15 buraxıldıqdan dərhal sonra
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.