Norman Ozborn
Norman Ozborn (ing. Norman Osborn) — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur.
Norman Ozborn | |
---|---|
ing. Norman Osborn | |
| |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
Yaşıl qoblin kimi: "The Amazing Spider-Man" #14 (iyul 1964) Norman Ozborn kimi: "The Amazing Spider-Man" #37 (iyun 1966) Dəmir patriot kimi: "Dark Avengers" #1 (mart 2009) Meyson Benks kimi: "Superior Spider Man" #17 (noyabr 2013) Qırmızı qoblin kimi: "The Amazing Spider-Man" #798 (aprel 2018) |
Yaradıcı(lar) |
Sten Li Stiv Ditko |
Xüsusiyyətlər | |
Əsl adı | Norman Vircil Ozborn |
Doğum yeri | |
Cinsiyyəti | insan mutatı |
Boyu | 180 sm |
Çəkisi | 84 kq |
Göz rəngi | yaşıl |
Saç rəngi | qırmızı |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Oscorp Məşum altılıq Daily Bugle Qeyri-insani fəaliyyətləri üzrə komissiya Şimşək zərbələri H.A.M.M.E.R. Qara qisasçılar Qara iks-adamlar Qiyamçılar Qoblin milləti |
Düşmənləri | Hörümçək-adam |
Ləqəbləri | Yaşıl qoblin, Dəmir patriot, Super-Adaptoid, Qoblin kralı, Overlord, Meyson Benks, Qırmızı qoblin |
Gücləri |
Təcrübəli alim
|
Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri Ozborn, Qabriel və Sara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir.
Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor Osminoq və Misterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıq və Qara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır.
Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb. Ozborn, Hörümçək-adamın ən böyük düşmənlərindən və bütün zamanların ən böyük komiks cinayətkarlarından biridir. Personajın populyarlığı müxtəlif marçendayz məhsullarında istifadə edilməsi, real-dünya strukturlarından ilhamlanması (park attraksionları kimi), bir sıra mediada istinad edilməsində görünür. Ozborn, Hörümçək-adamın düşməni olaraq canlı-ekşn, animasiya və video-oyun uyğunlaşdırmalarında istifadə edilmişdir. Personajı Uillem Defo 2002-ci ilin istehsalı "Hörümçək-adam" filmində, Kris Kuper isə 2014-cü ilin istehsalı "Heyranedici Hörümçək-adam 2" filmində canlandırıb. Neyl Ross, Alan Reçins, Stiven Blum, Stiven Uber və Coş Kiton, 1981, 1994, 2008, 2012 və 2017-ci illərdə Hörümçək-adam animasiyasında Ozbornu səsləndiriblər.
Digər versiyaları
Marvel Comics nəşrlərinin bir sıra alternativ kainatları, yazıçılara Ozborn üzərində dəyişikliklər tətbiq etməyə imkan verir; personajın mənşəyi, davranışı və əxlaqı ümumi qəbul edilənlərdən fərqlənir.[1] Marvel 2099, Qoblini Hörümçək-adamın (Miqel O'Hara) meqakorporasiya ödəməsində olduğunu sübut etmək istəyən radikal hiyləgər kimi təsvir edir. Onun yarasa şəkilli planeri və "hiyləgər" çantası XX əsrin versiyasına bənzəyir. O, həmçinin illüziyaları layihələndirmək qabiliyyətinə malikdir.[2] "Earth X"-də Ozbornun biznes müəssisələri bütünlüklə Birləşmiş Ştatlara götürülmüşdür. Vətəndaşlar onun biznesində işləyir, mağazalarında alış-veriş edir, onun sayəsinə pul əldə edirdilər. O, Qisasçıların ölümünə görə məsuliyyət daşıyır. İndi isə superzəkalı Udan-adamla döyüşə girməlidir.[3][4]
Digər mediada
Norman Ozborn komikslərdə, çizgi filmlərdə, romanlarda, filmlərdə, videooyunlarda, rəngləmə kitablarında, siyahılarda, qeydlərdə və uşaq kitablarında peyda olmuşdur.[5] Televiziya ilk dəfə ABC kanalında yayımlanan "Hörümçək-adam" (1967–1970) animasiya serialında görünmüşdür.[6] Supercinayətkarı ehtiva edən digər animasiya serialları arasında "Hörümçək-adam" (1981–1982),[7] "Hörümçək-adam və onun heyranedici dostları" (1981–1983),[7] Hörümçək-adam" (1994–1998),[8] "Limitsiz Hörümçək-adam" (1999–2000),[7] "Hörümçək-adam: Yeni animasiya serialı" (2003),[7] "Valehedici Hörümçək-adam" (2008–2009),[9] Mükəmməl Hörümçək-adam (2012–2017),[10] "Marvel disk müharibələri: Qisasçılar" (2014–2015),[11] və Hörümçək-adam (2017–indiyədək) var.[12]
Komikslərə əlavə olaraq Ozborn, romanlarda, uşaq kitablarında, həmçinin 1977-ci ilin yanvarında debüt etmiş, nüsxələri Sten Li tərəfindən yazılan, Con Romita tərəfindən isə illüstrasiya edilən "The Amazing Spider-Man" komiks stripində də görünmüşdür.[13] Ozborn oyunlar, oyuncaqlar, stolüstü oyunlar və xatirəliklər kimi müxtəlif media məhsullarına adaptasiya edilmiş, həmçinin 15-dən çox oyun platformasında bir çox kompüter və video-oyunlarda əsas personaj kimi görünmüşdür.[5]
Norman, Sem Reymi tərəfindən ekranlaşdırılan və Uillem Defo tərəfindən canlandırılan film trilogiyasında görünmüşdür. O, trilogiyanın ilk filmində Hörümçək-adamın əsas antoqisti, daha sonra isə "Hörümçək-adam 2" (2004) və "Hörümçək-adam 3" (2007) filmlərində qarabasma kimi çıxış etmişdir.[14][15] 2012-ci ildə Mark Uebb tərəfindən ekranlaşdırılan "Heyranedici Hörümçək-adam" filmi Norman Ozborna xeyli istinad vermişdir. Personaj ilk filmin sikveli "Heyranedici Hörümçək-adam 2" filmində Kris Kuper tərəfindən ifa edilmişdir.[16]
Ozborn, 1987-ci ildə Şi stadionunda "Hörümçək-adamın toyu"-nu canlı şəkildə adaptasiya edən personajlardan biri idi.[17] Norman Brodvey musiqisində və 14 noyabr 2010-cu ildə Brodveyin Foksvud teatrında ön izləməyə qoyulmuş, 14 iyun 2011-ci ildə isə rəsmi tamaşası baş tutmuş "Spider Man: Turn of the Dark" tamaşasında əsas antoqonist kimi görünmüşdür.[18][19][20] O, həmçinin 2014 "Marvel Universe Live" səhnə şousunda da peyda olmuşdur.[21]
İstinadlar
- Reese, Nathan. "The Marvel Universe is a multiverse — A Guide to the Marvel Universes". Complex. yanvar 27, 2015. aprel 24, 2008 tarixində orijinalından arxivləşdirilib.
- Smith, Zack. "Remembering Spider-Man 2099 With Peter David, II". newsarama.com. Newsarama. mart 4, 2009. aprel 24, 2008 tarixində orijinalından arxivləşdirilib.
- Jim Krueger, Alex Ross (w), John Paul Leon (p), Bill Reinhold (i). "Earth X" Earth X 0 (March 1999), Marvel Comics
- Jim Krueger, Alex Ross (w), John Paul Leon (p), Bill Reinhold, John Paul Leon (i). "Earth X" Earth X 9 (December 1999), Marvel Comics
- Knowles, Christopher. Our Gods Wear Spandex. illustrated by Joseph Michael Linsner. Weiser. 2007. səh. 139.
- "Spider-Man (1967)". UGO Networks. April 24, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2009.
- "Spider-Man on TV". IGN. aprel 24, 2008 tarixində orijinalından arxivləşdirilib.
- "Return of the Green Goblin VHS/DVD". usask.ca. aprel 24, 2008 tarixində orijinalından arxivləşdirilib.
- "The Spectacular Spider-Man review in comicmix". aprel 24, 2008 tarixində orijinalından arxivləşdirilib.
- "Ultimate Spider-Man". January 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2010.
- "キャラクター" (Japanese). Disney Japan. 2018-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-21.
- Trumbore, Dave. "'Marvel's Spider-Man' Showrunner Kevin Shinick Focuses on "Science and Relationships"". Collider.com. August 18, 2017. September 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2017.
- "John Romita Interview". www.keefestudios.com. February 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2009.
- "More Spider-Man Casting News: Dafoe Is Green Goblin". IGN. November 17, 2000. April 24, 2008 tarixində arxivləşdirilib.
- Jeff Otto. "Spidey 2 Talk". IGN. June 25, 2004. April 24, 2008 tarixində arxivləşdirilib.
- Siegel, Tatiana. "'Amazing Spider-Man 2': Chris Cooper to Play Green Goblin". The Hollywood Reporter. fevral 27, 2013. mart 1, 2013 tarixində orijinalından arxivləşdirilib.
- Gross, Michael. "SPIDER-MAN TO WED MODEL". The New York Times. iyun 2, 1987. aprel 24, 2008 tarixində orijinalından arxivləşdirilib.
- Lustig, Jay. "Spider-Man: Turn off the Dark" Arxivləşdirilib 2011-01-21 at the Wayback Machine. New Jersey On-Line. January 18, 2011. Retrieved January 25, 2011.
- Gans, Andrew. "Reeve Carney, Jennifer Damiano, Patrick Page to Star in Spider-Man; Performances Begin in November" Arxivləşdirilib may 1, 2011, at the Wayback Machine. Playbill.com, August 10, 2010
- "SpidermanBroadway.Marvel.com". Spidermanonbroadway.marvel.com. January 4, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 10, 2010.
- Kennedy Wynne, Sharon. "Ambitious Marvel stunt show makes world premiere in Tampa". Tampa Bay Times. iyul 1, 2014. aprel 24, 2008 tarixində orijinalından arxivləşdirilib.