Norilsk çayı
Norilsk çayı (Norilka, yuxarı axarlarda Talaya) — çay Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu ərazisi ilə şimala axır. Kara dənizi akvatoriyasına aiddir. Uzunluğu 57 km təşkil edir.
Norilsk | |
---|---|
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 44 m |
Mənsəbi | Kara dənizi |
• Yüksəkliyi | 28 m |
Uzunluğu | 57 km |
Su sərfi | 450[1] |
Su hövzəsi | 20,000 |
Hövzəsinin sahəsi | 20.000 km² |
|
|
DSR | 17020000112116100118111 |
Vikianbarda əlaqəli mediafayllar |
Norilsk şəhərindən 7 km şimal-şərqdə Valek qəsəbəsi yerləşir. Çay başlanğıcını Melkoye gölündən götürür.
Əsas qolları — Rıbnaya, Valek. Yay ərzində Norilka çayı gəmiçilik üçün yararlı olur. Xüsusu ilə göl turizm turları üzərində yerləşir. Kiçik qayıqlar Norilsk çayı ilə yuxarı doğru Melkoye gölünə üzürlər. Oradan isə Lama çayı ilə eyni adlı gölə çıxmaq olur. Balıqçılıq geniş yayılmışdır. Üstəlik yüklərin daşınması zamanı yararlanılır. Çay üzərində yerləşən körpü UNESCO siyahısına daxil edilmişdir. Belə ki körpü dünyada 69-cu paraleldə yerələşən ən iri körpüdür.
Əsas məlumat
Norilsk çayının uzunluğu 57 km, hövzəsinin sahəsi 20 min km² təşkil edir. Çay Şimali Sibir düzənliyi və Taymır yarımadası ərazisindən axır. Çayın illik su sərfiyyatı 460 km³ təşkil edir. Çay başlanğıcını Melkoye gölündən götürür və Pyasino gölünə tökülür. Geomorfoloji cəhətdən Norilsk çayı Pyasin çayının yuxarı axarı adlandırmaq olar.
Hidrologiyası
Çayın hövzəsi Qütb en dairəsi daxilində yerləşir. İqlim zonası baxımından Tundra və meşə tundra ərazisində yerləşir. Hövzəsi çox illik qrunt buzlağı ərazisindən axır. Çay əsasən qarışıq sularla qidalanır (qar və yağış suları). Demək olar ki, yeraltı sular qidalanmada iştirak etmir. Sentyabrın sonları çay donur, iyunun ortaları donu açılır. Pyasino, Maloye, Lama, Qlubokiye, Sobaçe, Nakomyaken və Keta gölləri çayın fəaliyyətinə böyük təsir göstərir[2] 54 il müddətində aparılan araşdırmaların cədvəldəki əksi:
İqtisadi əhəmiyyəti
Çayın sahilində Valek qəsəbəsi yerləşir. Burada kiçik hava limanı yerləşir. Üstlik çay üzərində olan körpü üzərindən dəmiryolu və avtomobil yolu keçir. Körpü Norilsk və Talnax yaşayış məntəqələrini birləşdirləşdirir.
Hava limanı 650×28 m ölçülərinə malik olub An-3, An-2 təyyarələrini və istənilən tip helikopterləri qəbul etməyə imkan verir. Əvvəllər çay Norilsk kombinatı ilə əlaqə yaratmaq məqsədilə çay səthindən eniş zolağı kimi istifadə edilirdi. Bu səbəbdən aeroport Hidroaeroport adlandırılırdı[3]
Çay sularında artik sulara aid balıqlar yayılmışdır. Gəmiçilik üçün olduqca az müddətdə (140 gün) yararlıdır. Çay axarı ilə yuxarıya doğu Pyasino gölü, Maloye, Lama, Qlubokiye, Sobaçe, Nakomyaken və Keta gölləri yerləşir[4]
Norilsk kombinatının fəaliyyəti sayəsində istər çayın istərsə Pyasino gölünün çirklənməsi baş verir.
İstinadlar
- Norilka At Valek , R-Arcticnet V4.0
- Norilka at Valek Arxivləşdirilib 2009-11-24 at the Wayback Machine, UNESCO: Water resources
- Фотографии Норильска. Александр Ананьев Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine, Норильские хроники, фотографии
- Плато Путорана 25 июля — 20 августа 1996 года Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine, Клуб Хронических Водников