Nordkap burnu

Nordkap (ing. North Cape, norv. Nordkapplatået) — Skandinaviya yarımadasından şimalda, Barens dənizi sahillərində yerləşən, Norveçə məxsus Maqeyoya adasının ucqar şimal nöqtəsi. İnzibati baxımdan inzibati mərkəzi adanın cənubunda olan Nordkap kommunasına daxildir. Bəzən Avropanın ən ucqar şimal nöqtəsi hesab edilsə də, materikin deyil adanın ucqar nöqtəsidir. Üstəlik Şpitsbergen, Frans-İosif Torpağı və Yeni Torpaq adaları ondanda şimalda yerləşir. Knivşellodden burnu Nordkapdan 1,5 km şimaldadır.

Nordkin burnu
Nordkapp
Yerləşməsi
71°10′16″ şm. e. 25°46′59″ ş. u.
Akvatoriya Şimal buzlu okeanı
Ölkə  Norveç
Nordkin burnu xəritədə
Nordkin burnu
Nordkin burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nordkap

Buruna ən yaxın liman Honninqsvok balıqçı limanıdır.

Nordkap burnu öz növbəsində bir qranit qaya parçasının bir hissəsidir. Qayanın zirvə hissəsi hamardsır və burada tundra gölləri vardır.

Nordkapo burnuna adı Riçard Çensler 1553-cü ildə Şimal keçidini tapmaq məqsədi ilə bölgəyə gələrkən vermişdir. Burunu 1873-cü ildə Norveç kralı II Oskar1907-ci ildə isə Tayland kralı Çulalonqkorn ziyarət etmişdir. Hazırda turizm obyeti kimi yanaşılır. Burada baxış meydançası vardır[1][2].

1943-cü ildə alman və britaniya güvvələri arasında Nordkap döyüşü olmuşdur. Britaniyalılar döyüşdə qalib gəlmişlər.

Qalereya

İstinadlar

  1. "Store norske leksikon" (norveç). 2013-08-06 tarixində arxivləşdirilib.
  2. "Borealis livecam Nordkapp 360" (ingilis). 2013-08-21 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.