Nordenşeld arxipelaqı

Nordenşeld arxipelaqıŞimal Buzlu okeanın Kara dənizi akvatoriyasıbfa yerləşən arxipelaq. Arxipelaqın şərqdən qərbə uzunluğu 93 kilometr təşkil edir. Taymır yarımadası sahilində yerləşən Taymır körfəzindən şimal-qərbdə qərarlaşır. Nordenşeld arxipelaqından cənubda Taymır adası[1] qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq öz növbədində 90 irili və xırdalı adalardan ibarətdir. Üstəlik bura bir sıra adalar qrupu daxildir: Vilkinski adaları, Şərq adaları, Litke adaları, Paxtusov adaları, Sivolko adaları. Adalar əsasən vulkanik suxurlardan ibarətdir. Bitki örtüyü zəyifdə olma mövcuddur. Əsasən arktik tundra hakimdir. arxipelaq öz adını qütb araşdırmaçısı olan Nils Adolf Erik Nordenşeldin adından götürülmüşdür.

Nordenşeld arxipelaqı
rus. Архипелаг Норденшёльда
Ümumi məlumatlar
Adaların sayı 90
Ümumi sahəsi 309 km²
Hündür nöqtəsi 107 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
77°03′ şm. e. 96°09′ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Nordenşeld arxipelaqı xəritədə
Nordenşeld arxipelaqı
Nordenşeld arxipelaqı
Nordenşeld arxipelaqı (Nordenşeld arxipelaqı)
Nordenşeld arxipelaqı
Nordenşeld arxipelaqı, Nordenşeld arxipelaqı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adaları

Arxipelaq öz növbəsində bir-birindən fərqlənən qruplara bölünür. Onlar adasında beş nisbətən iri qruplar vardır:

Litke adaları — irili-xırdalı 10 adadan ibarətdir. Arxipelaqa daxil olan ən şimal qrupdur. Adalar qrupu Fyodr Petroviç Litkenin şərəfinə adlandırılmışdır. Qrupa daxil olan adalar: Torosnı, Sofi, Sikora, Şileyko, Ermolov, Unkovski, Pedaşenko və Üç qardaş adaları.

Şərq adaları[2] — 15 adadan ibarətdir. Adının arxipelıq şərqində yerləşməsinə görə almışdır. Qrupa daxil olan adalar: Tırtov, Jeleznyakov, Dejnyov adaları, Matros, Volna, Salome, Yevgeni Frodrov adaları, Nord, Bianki, Kamenistı, Leskinev və Dalnı.

Sivolk adaları — 17 adadan ibarətdir. Arxipelaqın qərb qurtaracağını təşkil edir. Qrupa daxil olan adalar: Lenin, Ermak, Kuçum, Sadko, Şuls, Mametkul, Vitte, Kovalevski, Ukramnı, Krasin, Brandvaxta, Savvı Loşkin, Vasilev, Qryada, Kazak, Ledokol, Makarov və Oktyabr.

Paxtusov adaları — 15 adadan ibarətdir. Qrupa daxil adalar: Aleksandr, Pxtusov, Şpanberq, Truvor, Silaç, Petersen, Oleq, Dobrınya Nikitiç, Skudnıe adaları, Zverelovski, Qraniçnı, Navarin, Yurt və Kotovski.

Vilkiski adaları — 15 adadan ibarətdir. Bu adalar qrupunda arxipelaqın ən hündür nöqtəsi yerləşir. 107 metr hündürlüyə malik olan zirvə Çabak adasında yerləşir. Adalar qrupu qütb səyahətçisi Boris Andreyeviç Vilkiskinin şərəfinə adlandırılmışdır. Qrupa daxil adalar: Novıy, Strijev, Çabak, Sentralnı, Korsar, Qroznı, Tuqut, Peta, Smejnı, Şvesov, Cekman, Kamenistı, Ovalnı, Xovqard və Qerberştyn.

Araşdırılma tarixi

Arxipelaq ilk dəfə 1740-cü ildə Böyük Şimal ekspedisiyası zamanı Nikifor Çekinin rəhbərlik etdiyi qrup tərəfindən kəşf edilmişdir. Bu qrup Xritov Prokofeivi© Kaprevin dəstəsinə daxil idi. Adalar uzun zaman adsız qalmışdır. Ancaq 1893-cü ildə adaları Fristif Nansen özünün Fram gəmisində tətqiq etmişdir. O adaları Nils Adolf Erik Nordenşeldin şərəfinə adlandırmışdır.

1930-cu illərdə arxipelaq «Sedove» və «Torose» gəmiləri ilə təşkil edilən ekspedisilayar zamanı tətqiq edilmişdir.

19351999-ci illərdə Ruskiy adasında və 1940-1975-ci illərdə Tırtov adasında daimi olaraq qütb stansiyası fəaliyyət göstərmişdir. Hazırda arxipelaqda yaşayış yoxdur. Stansiyalar fəaliyyətini dayandırmışdır. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Arxipelaq Böyük Arktik qoruğunun ərazisinə daxildir[3]

İstinadlar

  1. "Ostrov Taymyr". Mapcarta. 21 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2016.
  2. "Ostrova Vostyochnyye". Mapcarta. 12 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2016.
  3. "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.