Noradüz
Noradüz — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.[2]
Kənd | |
Noradüz | |
---|---|
40°22′48″ şm. e. 45°10′48″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Kəvər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.925 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 6 km məsafədə, Kəvər çayının yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar Nərədüz formasında tələffüz edirdilər.
Toponim türk dillərində «sıldırım qayalıq, dərin dərə, uçurum» mənasında işlənən nori sözü ilə [4] düz sözünün birləşməsindən əmələ gələn orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Noradüz kəndində, tarixən Azərbaycanlı əhalinin Abıllu dediyi yerdə 1305-ci ildə vəfat etmiş, "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sandukə tipli, üzərində müxtəlif motifləri olan qəbr daşı vardır. Bu Ermənistan ərazisində ən qədim müsəlman yazılı abidələrindən biridir.
Əhalisi
Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür[5].
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.55
- Abbasova M.Ə., Bəndəliyev N.S., Məmmədov X.H. Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası, Bakı, «Elm», 1993. s.79
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598
Həmçinin bax
- Nərədüz nekropolu