Nominal qiymətləndirmə

Nominal qiymətləndirmə  - Qiymətli kağızın dəyərini göstərmək üçün (əməliyyat həyata keçirmək məqsədi ilə deyil) qeyd olunan qiymət[1]

Nominal - Qiymətli kağızın, kağız pulun, yaxud sikkənin üzərində göstərilən dəyəri, ilkin dəyəri. Qiymətli kağızın nominal dəyəri, adətən, onun bazar dəyərindən fərqli olur. Bazar dəyəri nominal dəyərdən yuxarı olan qiymətli kağızlar ajio, əks halda isə disajio adlanır. Bir sıra ölkələrdə qiymətli kağızların nominal dəyəri göstərilmədən emissiya oluna bilər. Bəzi ölkələrdə isə qiymətli kağızın minimum nominal dəyəri müvafiq qanunvericilik əsasında müəyyənləşdirilir.[2]

Nominal dəyərsiz - Heç bir nominalı olmadan buraxılan səhmlərdir. Nominal dəyər təmsil etdikləri satış dəyərinə və ya baza aktivlərinə heç bir aidiyyəti olmayan səhmlərin nominal və ya üzərində göstərilən dəyəridir. Səhmin dəyərinin nominal dəyərdən aşağı düşməsi kimi xoşagəlməz hallarda nominal dəyərli səhmlər səhmdarlara qarşı məsuliyyətin yaranması imkanının qarşısını almır.[3]

Nominal faiz dərəcəsi - İnflyasiya nəzərə alınmadan hesablanmamış cari faiz dərəcəsidir. İnflyasiya nəzərə alındıqda nominal faiz dərəcəsindən real faiz dərəcəsini əldə etmək olar:

(1 + r)(1 + i) = (1 + R)

R – nominal faiz dərəcəsi

r – real faiz dərəcəsi

i – inflyasiya səviyyəsi. [4]

Nominal istiqraz - Nominal dəyəri ilə yerləşdirilən və ya təkrar bazarda satılan istiqrazdır. Adətən, belə istiqrazlar borcun azaldılması məqsədilə buraxılır və keçmiş borcun aşağı faiz dərəcəsinə və ya uzun ödəniş müddətinə malik yeni nominal istiqraz ilə dəyişdirilə bilməsi üçün alternativ imkan yaradır. 

Mənbə:

  1. "Arxivlənmiş surət". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  2. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  3. "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  4. "Arxivlənmiş surət". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.