Nomentan yolu

Nomentan yolu (lat. Via Nomentana) - İtaliyada Romadan keçən və Lazioda yerləşən Nomenta şəhərindən (lat. Nomentum) 23 km şimal-şərqdə yerləşən qədim yoldur.

Nomentan yolunun xəritəsi

Əvvəllər yol, Fikuliya yolu (lat. Via Ficulnensis) adlanırdı. Bunun səbəbi yolun Romadan 13 km məsafədə yerləşən etrusk-latın şəhəri olan Fikuleyaya (lat. Ficulea) qədər çatması idi. Sonralar yolu Nomentaya qədər uzatdılar və onun adı da dəyişdi. Zaman keçdikcə Nomentan yolunu bir az da uzatdılar və o, Adriatik dəniz sahilindəki Truentə (lat. Castrum Truentinum) qədər çatan Salariya yolu ilə birləşdi.

Romadakı yol Serviya divarının Kollin qapısından başlayırdı. Sonralar Mikelancelonun yerində Piya qapılarını tikdiyi ərazidə isə Nomentan qapıları inşa olundu.

Yol boyu katakombalar da yerləşir. Məsələn Villa Torloniyanın altındakı katakombalar və San Anyeze fuori le Mura bazilikasının altındakı Müqəddəs Aqnessanın katakombaları yol üzərindədir.

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.