Noks sahili

Noks sahili[1][2] (ing. Knox Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində yerləşən ərazi. Mouson dənizi sahillərini yuyur.

Noks sahili (Antarktida)
Noks sahili
Noks sahili Antarktida xəritəsində

Hoks sahilinin demək olar ki, hamısı buzla örtülüdür. Bircə Banger vahəsi istisnadır. Buz qatı sahildən uzaqlaşdıqca qalınlaşır və 1500 netrə çatır. Qərb hissədə dənizə Şeklton şelf buzlağı olaraq daxil olur.

Sahil ilk dəfə 1840-cı ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak etmiş gəmilərdən birinin kapitanı Semyuel Noksın şərəfinə adlandırılmışdır. SSRİ tərəfindən bölgədə Oazis qütb stansiyası işə salınmışdır. Sonradan stansiya Polşaya dövr edilmişdir.

İstinadlar

  1. "Knox Coast". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.
  2. "Noks sahili". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.