Nofəl Qasımov

Nofəl Qasımov (1 may 1961, Pirəhmədli, Füzuli rayonu) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, şəhid Səid Rəşidzadənin atası.

Nofəl Qasımov
Nofəl Rəşid oğlu Qasımov
bayraq
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
23 dekabr 1992 19 avqust 1993
ƏvvəlkiŞakir Abbasov
SonrakıNəbi Muxtarov
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1961(1961-05-01) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı

Həyatı

Nofəl Qasımov 1 may 1961-ci ildə Füzuli rayonunda anadan olmuşdur. İlk təhsilini Horadiz şəhər 1 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Poltava Kooperativ İnstitunun Bakı filialında almışdır.

Nofəl Qasımov şəhid Səid Rəşidzadənin atasıdır.[1]

Siyasi fəaliyyəti

Nofəl Qasımov 23 dekabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 374 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[2] O, 19 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 717 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
  2. "Arxivlənmiş surət". 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
  3. "Arxivlənmiş surət". 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.