8 Noyabr prospekti (Bakı)
8 Noyabr prospekti — Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 zolaqlı küçə. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir. Yolun sonu Nargilə dairəsində bitir. 12 aprel 2021-ci ildə prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.[2]
8 Noyabr prospekti | |
---|---|
Ümumi məlumatlar | |
Rayon | Xətai |
Uzunluğu | 6,5 km[1]. |
metro | Şah İsmayıl Xətai, Ağ Şəhər |
İstinadlar
- "8 Noyabr prospekti". 2016-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-05.
- "Nobel prospektinin adı dəyişdirildi". Sputnik Azerbaijani. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.