Nizamnamə kapitalı

Nizamnamə kapitalı— dövlət qeydiyyatından keçmiş təşkilatın təsis sənədlərində müəyyən edilmiş məbləğdir. Nizamnamə kapitalı hüquqi şəxsin kreditorlarının maraqlarını təmin edən əmlakının minimum məbləğini müəyyən edir.

Nizamnamə kapitalının funksiyaları

  • Bölüşdürmə – şirkətin kimə və hansı nisbətdə məxsus olduğunu göstərir. Təsisçilərin hər biri nizamnamə kapitalına nə qədər sərmayə qoyubsa, pay da ona uyğun müəyyənləşdirilir.
  • Zəmanət – şirkət iflas etdiyi təqdirdə, kreditorlar pullarının bir hissəsini geri qaytara bilirlər.
  • Nüfuz – nizamnamə kapitalı nə qədər yüksək olsa, müştərilərin, maliyyə qurumlarının və biznes tərəfdaşların ona qarşı olan inamı da bir o qədər yüksək olur.[1]

Aşağı nizamnamə kapitalı hüquqi şəxsin etibarsız olduğu demək deyil. Hətta böyük şirkətlərin belə nizamnamə kapitalı minimum olur, lakin böyük nizamnamə kapitalı kontragentin şübhəsiz etibarlı olduğunu göstərir – əgər hər hansısa iddialarınız olsa, onları nizamnamə kapitalı hesabına kompensasiya edə biləcəksiniz[1].

Faktları

Nizamnamə kapitalının olması – şirkətin dövlət qeydiyyatı üçün əsas şərtlərdən biridir[1].

Nizamnamə kapitalı zamanla artırıla və ya azaldıla bilər[1].

Nizamnamə kapitalı təkcə pulla deyil, həm də əmlak və ya qiymətli kağızlarla artırıla bilər, lakin nizamnamə kapitalının minimum məbləği həmişə pulla ödənilir[1].

Qurucunun təşkilatdakı payını bağışlamaq, satmaq və miras qoymaq hüququ var. Bu cür nüanslar nizamnamədə təsvir edilir. Bundan əlavə, şirkətin qurucusu istənilən vaxt işdən çıxa və digər quruculardan payını ala bilər[1].

İstinadlar

  1. "Nizamnamə kapitalı nədir" (az.). banker.az. 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2023.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.