Nizami dövrü memarlıq abidələri
Nizami dövrü memarlıq abidələri — Cəfər Qiyasinin Nizami Gəncəvi dövrü tarixi Azərbaycan ərazisindəki memarlıq abidələrindən bəhs edən kitabı.
Nizami dövrü memarlıq abidələri | |
---|---|
Nizami dövrü memarlıq abidələri | |
| |
Müəllif | Cəfər Qiyasi |
Janr | Memarlıq |
Orijinalın dili | Azərbaycanca (qismən ingiliscə və rusca) |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 1991 |
Nəşriyyat | İşıq |
Səhifə | 264 |
Tiraj | 5000 |
Əvvəlki | Yaxın-uzaq ellərdə |
Sonrakı | Azərbaycan. Qalalar, qəsrlər |
ISBN | ISBN 5-89650-334-2 |
Məzmun
Kitab "Ön söz", "Ərəfə", "Yüksəliş dövrü" başlıqlı giriş tipli hissələrlə başlayır.
Məqalələr "Məscidlər", "Türbələr", "Körpülər" və "Qalalar" başlıqları altında təsnif olunmuş və yerləşdirilmişdir.
"Memarlıq bəzəyi" başlığında dövrün müxtəlif memarlıq bəzəkləri haqqında məlumat verilir. "Memarlar" bölməsində isə Nizami Gəncəvinin öz əsərlərində haqqında məlumat verdiyi memarlar haqqında bəzi qeydlər yar almışdır.
Kitab "Əsas ədəbiyyat" başlığı ilə sona çatır. Burada müəllif istifadə etdiyi mənbələri qeyd etmişdir.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.