Nizami Tağıyev
Tağıyev Nizami Haqverdi oğlu (25 sentyabr 1959, Cil, Krasnoselsk rayonu – 3 yanvar 2022, Bakı) — Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası[1]
Nizami Tağıyev | |
---|---|
Tağıyev Nizami Haqverdi oğlu | |
Doğum tarixi | 25 sentyabr 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 2022 (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Hüquq |
Təhsili |
Bakı xüsusi milis məktəbi Bakı Dövlət Universiteti |
Fəaliyyəti | Polis polkovniki |
Fəaliyyət illəri | 1994-2022 |
Həyatı
Tağıyev Nizami Haqverdi oğlu 25 sentyabr 1959-cu ildə Cil kəndində anadan olub. 1981-1983-cü illərdə Bakı xüsusi milis məktəbini bitirib.
1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.
Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası, Cilin ilk polis polkovnikidir. 1994-1997-ci illər 14 saylı Sabunçu rayon Polis bölməsinin rəisi, 1997-2006-cı illər Xızı rayon polis şöbəsinin rəisi, 2006-2008-ci illər Nəqliyyatda Baş Polis idarəsinin narkotiklə mübarizə şöbəsinin rəisi işləmişdir.
2005-2011-ci ildən, həmçinin elmi işlə məşğuldur. Bakı Dövlət Universitetinin Kriminalistika və Məhkəmə Ekspertiziyasının "Əməliyyat Axtarış fəaliyyəti üzrə" elmi işi üzərində işləmişdir.
Qarabağ müharibəsi veteranıdır.
Hal-hazırda biznes fəaliyyəti ilə məşğuldur.
2008-ci ildən "CİL MMC”-nin və Salahlı İctimai Birliyinin rəhbəridir.
2022-ci il yanvarın 3-də qaraciyər xərçəngindən dünyasını dəyişmişdir.[mənbə göstərin]
İstinadlar
- "Tağıyev Nizami Haqverdi oğlu". 2015-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.