Nizami Paşayev
Nizami Paşayev (2 fevral 1981, Gədəbəy) — Azərbaycanı təmsil edən ağır atlet və məşqçi, Dünya və Avropa Çempionatlarının qalibi.[1]
Nizami Paşayev | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 2 fevral 1981 (43 yaş) |
Doğum yeri | |
Boyu | 170 sm |
İdman növü | ağır atletika |
Karyerası
Karyerasının birinci illərində Nizami Paşayev gənclər arasında Avropa Çempionatlarında qızıl medallara sahib oldu.
Nizami Paşayev 2000-ci ildə Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nizami Paşayev ümumi nəticədə 356.5 (155.0+202.5) nəticə ilə olimpiadanı 12-ci pillədə başa vurdu.[2]
2001-ci ilin aprelində Nizami Paşayev Trençin şəhərində Avropa Çempionatının qalibi oldu. Həmin ilin noyabrında Nizami Paşayev Antalya şəhərində Dünya Çempionatını gümüş medalla başa vurdu. 2002-ci ildə isə Nizami Paşayev Antalya şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu, Polşanın Varşava şəhərində isə Dünya Çempionatının qalibi oldu.
Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Nizami Xanəli oğlu Paşayev "Tərəqqi" medalı ilə təltif edildi.[3]
2004-cü ildə Nizami Paşayev Azərbaycanı Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nizami Paşayev birdən qaldırma mərhələsində hər üç cəhdində ştanqın öhdəsindən gələ bilmədi və turniri nəticəsiz başa vurdu.[4]
Nizami Paşayev 2005-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında növbəti dəfə qızıl medalın sahibi oldu. Nizami Paşayev həm də həmin ilin aprelində Səudiyyə Ərəbistanıda baş tutan Birinci İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurdu. Bir il sonra, 2006-cı ildə isə Polşada Avropa Çempionatının qalibi oldu. Amma bir müddət sonra ondan götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi sabəbilə Nizami Paşayev qızıl medaldan məhrum edildi və 2 il müddətinə cəzalandırıldı.
2008-cü ildə Nizami Paşayev Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Nizami Paşayev ümumi nəticədə 396 (181+215) nəticə ilə olimpiadanı beşinci pillədə başa vurdu.[5] Bununla belə 2016-cı ilin avqustunda Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Nizami Paşayevdən 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[6] Məlumata əsasən Nizami Paşayev olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[6] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Nizami Paşayevin nəticələri ləğv edildi.[6]
Nizami Paşayev 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərində baş tutan Dünya Çempionatının qalibi oldu. Amma bir neçə il sonra ondan götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi sabəbilə Nizami Paşayev qızıl medaldan məhrum edildi.
Karyerasını başa vurduqdan sonra Nizami Paşayev məşqçi olaraq çalışdı. 2012-ci il London Olimpiadasında ağır atletlərdən ibarət Azərbaycan yığmasının məşqçisi oldu.
İstinadlar
- Olympedia.org. "Nizami PAŞAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2000 Summer Olympics / Weightlifting / Light-Heavyweight (85 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Olympedia.org. "2004 Summer Olympics / Weightlifting / Middle-Heavyweight (94 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2008 Summer Olympics / Weightlifting / Middle-Heavyweight (94 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Kaspi qəzeti. "Nizami Paşayevin qanında dopinq tapıldı". Kaspi.az (az.). 2022-08-30. 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.