Nizami Muradoğlu
Nizami Muradoğlu (tam adı: Məmmədov Nizami Murad oğlu; 2 aprel 1955, Ordubad rayonu – 24 oktyabr 2021, Bakı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra Hakimiyyətinin başçısı[1], AMEA Folklor İnstitutunun dosenti.[2]
Nizami Muradoğlu | |
---|---|
– 11 mart 2002 | |
Sonrakı | Elşad Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 aprel 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 2021 (66 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə Əylis kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İnstitutu orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir.
1976–1977-ci illərdə hərbi xidmət keçmişdir.
Ailəli, üç övlad sahibidir.
24 oktyabr 2021-ci ildə Bakı şəhərində koronovirus xəstəliyindən vəfat etmişdir.
Əmək fəaliyyəti
1978–1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987–1994-cü illərdə təhsil sahəsində çalışmışdır.
1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Naxçıvan Muxtar Respublikası Ordubad rayonu icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir[1]. O, bu vəzifədən 11 mart 2002-ci ildə azad edilmişdir[1].
Elmi fəaliyyəti
2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilmişdir. 2011-ci ildən "Məmməd Araz yaradıcılığında folklor motivləri" üzrə dissertant kimi çalışmağa başlamışdır. 2013-cü ildə müdafiə edib, 16 aprel 2014-cü ildə AAK-ın 11 — nömrəli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru adı almışdır.[3]
AMEA Folklor İnstitutu Elmi Şurasının 17 0ktyabr 2014-cü il tarixli 6 saylı qərarı ilə elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul edilmişdir. Dissertasiya mövzusu "Müstəqillik dövrü Azərbaycan şeiri və folklor" adı ilə təsdiq edilmişdir.[3]
Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-ın 16 iyun 2016-cı il tarixli (protokol nömrə 15 — k) qərarı ilə ona folklorşünaslıq ixtisası üzrə dosent elmi adı verilmişdir.[4]
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 02 iyul 2019-cu il tarixli (protokol № 07 — R) qərarı ilə Nizami Murad oğlu Məmmədova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Ömrünün sonlarına qədər Folklor İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olmuşdur. 20 kitab, 100-dən artıq elmi məqalə müəllifidir.
"Qızıl qələm", "Vətən-media", "Həsən bəy Zərdabi" mükafatları laureatıdır.
Əsərləri
- Qayıda bilmirəm, Bakı,1989, 50 s.;
- Dayan, əsən külək. Bakı, 192 s.;
- Vətən dərdi, Bakı, 2005, 240 s.;
- Sabaha açılan qapılar, Bakı,164 s.;
- Bu dünyanın məzarları ağlamaz, Bakı, 2010, 96 s.;
- Yaşayan Cavidlər, Bakı, 2012, 200 s.;
- Sözün Məmməd Araz zirvəsi, Bakı, 2013, 272 s.;
- Baba ocağı, Bakı, 2014, 248 s.;
- Mamed Araz i narodnoe nvorçestvo, Qermaniya, 2014, 240 s.;
- Seçilmiş əsərləri, Bakı, 2015, 248 s.;
- "Kitabi-Dədə Qorqud" və müasir Azərbaycan poeziyası, Bakı, 2016, 72 s.;
- Hüseyn Cavid, Bakı, 2016, 100 s.;
- Çağdaş Azərbaycan poeziyasında folklor ənənələri, Bakı, 2017,256 s.:
- Zülmətdə nur, Bakı,2018,120 s.;
- Qədim türk yurdu Naxçıvan, Bakı,2019, 256 s.;
- Kanlı taş, Türkiye, 2019, 220 s.;
- Qılınc oğlu, Bakı, 2020,104 s.;
- Eşq bir sirdir, Bakı,2020, 264 s.;
- Çağdaş poeziya və folklor, Bakı,2021,292 s.
- Alp Ərdoğan, Sultan Ərdoğan, Bakı, 2021,122 s.
İstinadlar
- "N. M. Məmmədovun Naxçıvan MR Ordubad Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Arxivləşdirilib 2019-05-15 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 mart 2002-ci il tarixli, 888 nömrəli Sərəncamı. e-qanun.az (az.)
- "Folklor İnstitutunun fəlsəfə doktorları". 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.
- "Nizami Muradoğlu (Məmmədov)". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.
- "ANA SƏHİFƏ >> Folklor İnstitutunun fəlsəfə doktorları". 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.