Nizami Ələkbərov (icra başçısı)
Nizami Həsən oğlu Ələkbərov (2 iyun 1952, Tovuz) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2006–2013-cü illər).
Nizami Ələkbərov | |
---|---|
6 sentyabr 2006 – 14 fevral 2013 | |
Əvvəlki | Rövşən Sadıxov |
Sonrakı | Mirdaməd Sadıqov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1952 (71 yaş) |
Doğum yeri |
Həyatı
Nizami Ələkbərov 2 iyun 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1959-cu ildə Naxçıvan MR Culfa şəhər orta məktəbinin I sinfinə gedib, yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar 1969-cu ildə Mingəçevir şəhər 3 saylı orta məktəbin X sinfini bitirib.[1]
1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə həmin institutun Mühasibat uçotu ixtisası üzrə tam kursunu bitirərək mühasib-iqtisadçı ixtisası alıb. 1980-ci ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olub, 1984-cü ildə həmin institutu bitirərək hüquqşünas ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1973-cü ildə Şəki İpək İstehsalat Birliyində mühasib kimi başlayıb. 1976-cı ilin iyun ayından 1981-ci ilin aprel ayına kimi Şəki İpək İstehsalat Birliyində baş mühasib, 1981-ci ilin aprel ayından 1983-cü ilin yanvar ayına kimi isə Şəki rayon İcraiyyə Komitəsində plan komissiyasının sədri işləyib.
Ailəlidir, 3 övladı var. Azərbaycan Respublilasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.[2]
İctimai-siyasi fəaliyyəti
1982-ci ildə rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı olub.
1983-cü ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi sistemində kadrlar şöbəsinin rəis müavini, 1986-cı ildə Nazirliyin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması İdarəsinin baş məsləhətçisi, 1986-cı ildə Bakı şəhəri keçmiş Oktyabr rayon xalq məhkəməsində stajçı, 1987-ci ildən 1993-cü ilə kimi Bakı şəhəri Yasamal rayonunun xalq hakimi, 1993–1994-cü illərdə "İmprotex Holdinq Qrup" şirkətinin vitse-prezidenti, 1994–1995-ci illərdə "İmair" aviaşirkətinin icraçı direktoru vəzifəsində işləyib.
1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
16 mart 2001 – 6 sentyabr 2006-cı illərdə isə yenidən "İmproteks" şirkətlər qrupunun vitse-prezidenti işləyib.
2006-cı il sentyabrın 6-dan, 2013-cü il fevralın 14-dək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb[3].
2013-cü ilin oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyində şöbə müdiri vəzifəsinə təyin edilib[4].
İstinadlar
- İsmayıllı Rayon İcra Hakimiyyətinin veb-səhifəsi: Nizami Ələkbərovun tərcümeyi-halı
- "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
- "N.H.Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
- "İsmayıllının eks-icra başçısına yeni vəzifə verildi". 2013-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.