Niyazi Bayramov

Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; 26 mart 1956, Bakı) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən).[1]

Niyazi Bayramov
bayraq
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
28 avqust 2018-ciildən
ƏvvəlkiElmar Vəliyev
bayraq
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
14 aprel 2012 28 avqust 2018
ƏvvəlkiMübariz Ağayev
Sonrakıİlham İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 26 mart 1956(1956-03-26) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi Polkovnik

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2016

Həyatı

Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur.

Təhsili

1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.[2]

Fəaliyyəti

1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.

1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.[3][4]

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[5]

Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir.

Ailəlidir, 2 övladı var.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.