Niyamin Niftəlizadə
Niyamin Xaliq oğlu Niftəlizadə (15 yanvar 1997, Nursu, Naxçıvan Muxtar Respublikası – 7 oktyabr 2020, Cəbrayıl ) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Niyamin Niftəlizadə | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nursu, Şahbuz, Naxçıvan Muxtar Respublikası |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Cəbrayil, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Xidmət illəri | 2015-2017; 2020 |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
![]() ![]() |
Həyatı
Niyamin Niftəlizadə 1997-ci il yanvar ayının 15-də Şahbuz rayuonunun Nursu kəndində anadan olub. Bakı şəhəri Xətayi rayonunda yerləşən 191 saylı məktəbdə oxumuşdur. 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində təhsilini davam etdirib. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda xidmətdə olub. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2-ci peşə təhsili alaraq aşpazlıq sənətinə yiyələnib.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Niyamin Niftəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Niyamin Niftalizadə oktyabr ayının 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Niyamin Niftəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyamin Niftəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
İrsi
- Bakı şəhəri Xətai rayonunda abidəsi ucaldılmışdır.[4]
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı"(PDF) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixindəarxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. İstifadə tarixi: 24 dekabr 2020.
- "İkinci Qarabağ müharibəsi şəhidinin abidəsi ucaldıldı - VİDEO". oxu.az (az.). "Oxu.az xəbər portalı". 28 iyun 2021. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021.