Niyətşah Nemətov

Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

Niyətşah Nemətov
Niyətşah Səfər oğlu Nemətov
portret
portret
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (78 yaşında)

Həyatı

1928-ci ildə Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayonu poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir.

1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur.

1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır. 2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür. 2007-ci ildə vəfat etmişdir.

İstinadlar

    Ədəbiyyat

    1. Tahir Həsənli. Yerfililər. Bakı, Kitab Klubu, 2012

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.