Nitra diyarı
Nitra diyarı (slovak. Nitriansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Nitra şəhəridir. Sahəsi 6343 km², əhalisi isə 713 422 nəfər (2001) təşkil edir.
Nitra diyarı | |||||
---|---|---|---|---|---|
Nitriansky kraj | |||||
|
|||||
48°18′25″ şm. e. 18°05′11″ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Nitrа | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 24 iyul 1996 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | SK-NI | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Nitra diyarı Slovakiyanın cənub-qərbində yerləşir. Diyar cənubda Macarıstan ilə həmsərhəddir.
İnzibati bölünmə
Nitra diyarı "okres" adlanan 7 rayona bölünür:
- Komarno rayonu
- Levitse rayonu
- Nitra rayonu
- Nove Zamki rayonu
- Şalya rayonu
- Topolçanı rayonu
- Zlate Moravtse rayonu
Coğrafiya
Diyar Slovakiyanın cənub-qərbində, Ortadunay düzənliyinin şərqində yerləşir. Fiziki-coğrafi olaraq, diyarı iki regiona bölünür: Dunay düzənliyi və Jitnı adası cənubda, Dunay yüksəkliyi isə şərqdə və mərkəzdə yerləşir. Diyarın ərazisində həmçinin Povajski İnovets (şimal-qərbdə), Tribeç (Nitra şəhərindən şimalda), Pohronski İnovets (şimal-şərqdə) və Ştyavnitske Vrhi dağ massivləri yerləşir. Diyar ərazisindən axan əsas çaylar - Dunay, Qron, Vaq, Nitra və İpeldir.
Statistik məlumatlar (2001)
Əhalinin etnik mənsubiyyəti
Əhalinin konfessional mənsubiyyəti
- katoliklər 77,2 %
- reformatorlar 4,7 %
- lüteranlar 3,4 %
- ateistlər 11 %
İstinadlar
- archINFORM (alm.). 1994.
- Počet obyvateľov podľa pohlavia vo všetkých krajoch SR k 1. 1. 2021 (словацк.). Bratislava: ŠÚ SR.
Xarici keçidlər
- Nitriansky samosprávny kraj Diyarın rəsmi saytı